Slimfit
  1. GÜNDƏM

Koronavirus donor xidmətlərində qan çatışmazlığı yarada bilər

Koronavirus donor xidmətlərində qan çatışmazlığı yarada bilər
Sakura

Koronavirus donor xidmətlərində qan çatışmazlığı yarada bilər

Son günlər dünyanın əksər ölkələrində həkimlər koronavirus infeksiyasının yayılması və onunla mübarizə tədbirləri səbəbiylə xəstəxanalarda donor qanının çatışmazlığını proqnozlaşdırırlar. Əksər şəhərlərdə donorların sayının azalıb və donor xidmətlərinin müəssisə və universitetlərə mütəmadi səfərləri dayandırılıb.

Bu vəziyyətdə donorlara müraciət olunaraq panikaya düşməmələri qeyd olunur.

"Hazırda əksər ölkələrdə xəstəxanalarda kifayət qədər qan ehtiyatlarının olduğu qeyd olunur, ancaq vəziyyətin indiki kimi davam edəcəyini proqnozlaşdırsaq, insanlar panika və məhdudlaşdırıcı tədbirlər səbəbiylə qan toplama mərkəzlərinə getməkdən çəkinəcəklər, çünki bunun üçün ictimai nəqliyyatda səyahət etməlidirlər. Buna görə də bir müddət sonra qan, plazma və trombositlərin çatışmazlığı meydana çıxa bilər"- bir sıra beynəxalq tibb ekspertləri deyirlər.

Onlar qan çatışmazlığının doğum xəstəxanalarında, onkoloji və hematoloji şöbələri olan böyük xəstəxanalarda yaranma ehtimalından xüsusilə narahatdırlar.

Qeyd edək ki, 2019-cu ilin dekabrında Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhan şəhərində (Hubey əyaləti) qeydə alınan naməlum sətəlcəm xəstəliyi barədə xəbərdarlıq etmişdi. Sonradan məlum oldu ki, xəstəliyin törədicisi COVID-19 adlı yeni bir koronavirusdur.

Ən son məlumatlara görə, dünyada yeni koronavirusa yoluxmuş xəstələrin sayı 220 mini keçib, 10 minə yaxın insan dünyasını dəyişib.

Mənbə: ren.tv

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR