Slimfit
  1. DÜNYA

Koronavirus da Merkelə olan rəğbəti azaltmayıb

Koronavirus da Merkelə olan rəğbəti azaltmayıb
Sakura

Koronavirus da Merkelə olan rəğbəti azaltmayıb

Almaniyada aparılan sosial sorğunun nəticələrinə görə, almanların üçdə ikisindən çoxu, daha dəqiq desək, rəyi soruşulanların 71 faizi Angela Merkelin kansler postundakı fəaliyyətindən məmnunluqlarını ifadə edib.

Ens.az Modern.az-a istinadən xəbər verir ki,Merkel federal hökumət başçısı postunda olduğu bütün bu illər ərzində liderlik mövqeyini əlindən verməyib. Hazırkı reytinq siyahısında ikinci yerdə Maliyyə naziri Olaf Şolts, üçüncü yerdə isə Səhiyyə naziri Yens Şpan qərarlaşıb.
Əhali üçün indi ən mühüm mövzu iqlimin qorunması və koronavirusla mübarizədir. Respondentlərin 85 faizi pandemiya səbəbindən əhalinin sıx toplandığı yerlərdən uzaq durur, 57 faizi isə yay məzuniyyətini evdə keçirməyi planlaşdırır.
Almanların yarısı infeksiyanın ikinci dalğasından ehtiyat edir. Bəzi proqnozlara görə bu, yayın sonunda -payızın əvvəlində gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR