Slimfit
  1. MEDİA

“Koronavirus bu iki şirkətin laboratoriyasında yetişdirilib” – Sensasion müsahibə

“Koronavirus bu iki şirkətin laboratoriyasında yetişdirilib” – Sensasion müsahibə
Sakura

“Koronavirus bu iki şirkətin laboratoriyasında yetişdirilib” – Sensasion müsahibə

“Post-koronavirus dövrü iyun ayından sonra başlayacaq. May ayından koronavirusun yayılmasında eniş start götürəcək, iyun-iyul aylarında sönməyə doğru gedəcək. Mütəxəsisslərin də fikirlərinə görə, pandemiya tədricən soyuq qütblərə çəkiləcək, bu bölgələrdə də yaşayış olmadığına görə zamanla məhv olacaq”.

Politoloq Cümşüd Nuriyev belə deyib.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Koronavirusla bağlı ilginc nəzəriyyələr irəli sürülür, post-koronaviorus dövründə dünya nizamının dəyişəcəyi, dünyanın əvvəlki kimi olmayacağı iddiaları səsləndirilir. Sizin fikriniz nədir, həmin dönəmdə bizi nə gözləyir, yeni virus hansı nəticələrə yol açacaq?

- Bu virus kimlərinsə maraqlarına uyğun olaraq hərəkət edir. Hansısa dərman şirkətlərinin də burada maraqları var, ən az hadisələrin gedişi bunu göstərir. Digər yandan, hər yüz ildən bir dünya özünü “təmizləməyə” başlayır. Bundan əvvəl İspan qripi, Sibir qara yarası, taun, vəba kimi infeksiyalar vardı. Yəni hər yüz ildən bir belə hallar baş verir. Pandemiya elə bir şeydir ki, müəyyən müddətdən sonra idarəolunmaz səviyyəyə gəlib çatır: iqtisadiyyatlar nəzarətdən çıxır, dövlətlərin iqtisadi sistemləri çökür. Belə vəziyyətlərdə məhsuldar qüvvələrlə istehsal münasibətlərinin qarşılıqlı əlaqəsi pozulur. Çünki istehsal vasitələri bir kənarda qalır, məhsuldar qüvvələr heç bir fəaliyyət göstərə bilmir. Eyni zamanda, təsərrüfat sistemi çökür, bu da istehlakçılarla istehsalçılar arasındakı münasibətlərin toplusudur. Belə bir vəziyyətdə də, bunlardan asılı olan iqtisadi sistem çökməyə başlayır.

İqtisadi sistem çökəndə dövlətlər üçün həddən artıq problemlər yaranır, dövlət yaranmış problemləri həll etmək üçün əlavə resurslar axtarır. Bu da o deməkdir ki, yeni bir iqtisadi və təsərrüfat sistemi fikirləşilməlidir. Buna görə dünyanın nizamında yenilənmənin olduğunu deyirlər. Hələ 2014-cü ildə yeni dünya nizamının yaranması məsələsi müzakirə olunurdu, artıq bu öz nəticələrini göstərir. Əlbəttə, dünya düzəninin dəyişməsində maraqlı olan qüvvələr var. Bu da bir dövlətin yox, bir neçə dövlətin maraqları çərçivəsində nəzərə alınır. Burada həm dünya əhalisinin sayının azaldılması, həm maliyyə, həm təsərrüfat, həm də əhalinin sosial həyatı məsələləri yer alır. Beləliklə, ölkələrin siyasi sabitliyi pozulmağa başlayır, daxildən təzyiqlərin artması fonunda kənar təsirlər azalır. Bütün bunlar yeni dünya düzəninin formalaşmasına xidmət edən amillərdir.

Adətən, dünya düzənini dəyişmək üçün üç müstəvidə iş aparılmalıdır: siyasi, iqtisadi və hüquqi müstəvidə. Hüquqi müstəvidə bir problem yoxdur. Amma siyasi və iqtisadi sahələrdə proses güclənir. İqtisadiyyatda maliyyə resursları olmalıdır ki, insanların tələbatını ödəyəsən. Bu resurslar olmayanda, insanlar etirazçılara çevrilir, bu da siyasi prosesləri gücləndirir. Hazırda dünyada həmin siyasi proseslər gedir. Çin bunun öhdəsindən gəldi, burada ən çox ABŞ və Avropa İttifaqı zərər görəcək. Çünki Qərb dövlətləri bu məsələni ciddiyə almadı. Baş verənlər göstərir ki, böyük sürətlə dünya düzəninin dəyişməsinə doğru gedirik.

Post-koronavirus dövrü iyun ayından sonra başlayacaq. May ayından koronavirusun yayılmasında eniş start götürəcək, iyun-iyul aylarında sönməyə doğru gedəcək. Mütəxəsisslərin də fikirlərinə görə, pandemiya tədricən soyuq qütblərə çəkiləcək, bu bölgələrdə də yaşayış olmadığına görə zamanla məhv olacaq. Bundan sonra dünyanın iqtisadi oyanması başlayacaq. Dünya 2021-ci ildə bu il gördüyü zərərləri aradan qaldırmağa çalışacaq. Hesablamalara görə, cəmi üç dövlət 2020-ci ildə cüzi artımla çıxacaq: Hindistan, Çin və İndoneziya. Qalan bütün dövlətlərdə geriləmənin olacağı ehtimal edilir, bu da dünyanın iqtisadi bazası üzərində yeni siyasi düzənin yaranmasına səbəb ola bilər.

- 2010-cu ildə hazırlanmış, Rotşildlər fonduna aid bir hesabat üzə çıxdı. 2020-ci il üçün nəzərdə tutulan bu hesabatda yayılacaq bir infeksiyanın dünyanı ələ keçirəcəyindən, qlobal dəyişikliklərə yol açacağından bəhs olunur.

- Təkcə Rotşildlərin hesabatına baxmayaq, hələ 1981-ci ildən buna hazırlıq gedir. Səhv etmirəmsə, o yazıçının adı Kalemdir, bu məsələ onun əsərində də var. Yəni hər şey əvvəlcədən proqnozlaşdırılıb. Dünyada resursların bölüşdürülməsi məsələsini isə Rotşild gündəmə gətirib. Rotşildə görə, dünyada 2 milyard əhali qalmalıdır. Bunun bir milyardı varlılardır, qalanları da onlara xidmət edənlər, qalan 6 milyarda yaxın əhali qırılmaldır. Onlar Malutsun nəzəriyyəsini inkişaf etdirənlərdir, bu, müasir və gizli faşizmdir. Rotşildlər də indi buna çalışırlar. Hesablamalara görə, varlı təbəqə dünya resurslarının altmış faizinə nəzarət edir, orta təbəqə, yəni bir milyard əhali iyirmi faizə nəzarəti əldə saxlayır. Qalan beş milyard əhali isə dünyadakı mövcud resursların iyiri faizi ilə dolanır. Buna görə dünyada yoxsulluq və aclıq həddən artıq geniş yayılıb. Bu varlı təbəqə də daha çox varlanmaq istəyir.

Ötən il İsraildə keçirilən Avroviziya mahnı müsabiqəsində Madonna “Gələcək” adlı bir mahnı oxudu. Həmin mahnının sözləri çox dəhşətlidir. Mahnılarda meşələrin yanması, insanların ölməsi, əleyhqaz geyinməsi, səhnədə yer alanların “2020” yazması diqqət çəkdi. Hadisələrin gedişi onu göstərir ki, koronavirus hələ ötən illərdən proqnozlaşdırılıb. Bunu bir yox, bir neçə ölkənin alimləri laboratoriyalarda yetişdirib. Məlumata görə, koronavirus başa çatanda iki firmanın gəliri iyirmi trilyon dollar olacaq. Hələlik həmin firmaların adları açıqlanmır. Bu da ABŞ-ın Ümumi Daxili Məhsulunun həcminə bərabərdir. Buna görə də onlar bu işə böyük maya buraxıblar. Görürsünüz ki, böyük bir informasiya müharibəsi gedir, insanlar arasında qorxu yaradılıb. Öz məqsədlərini həyata keçirmək üçün insanlarda etinasızlıq yaratmaq istəyirlər. Proses bütün dünyanı əhatə edir, o cümlədən Azərbaycanı. Baxmayaraq ki, Azərbaycanda koronavirusla mübarizə çox yüksək səviyyədə aparılır, amma tendensiya artmağa doğru gedir.

İtaliya, Fransa, Almaniya, ABŞ və digər Qərb dövlətləri buna ciddi yanaşmadılar. Buna görə də həmin ölkələrdə koronavirus ciddi fəsadlara yol açır. Təəssüf ki, “Dəccalın” bu layihəsi çox uğurla həyata keçirilir.

- Yaxın gələcəkdə bioloji silahların müharibələri əvəz edəcəyini demək olarmı?

- Laytmanın çox maraqlı bir fikri var, o deyir ki, əslində koronavirus Üçüncü Dünya Müharibəsinin qarşısını aldı. İyirmi birinci əsrin əvvəlindən başlayaraq, yeni dünya müharibəsi lokal şəkildə gedirdi, regional səviyyəyə keçmişdi, hadisələrin gedişi bunu qlobal müstəviyə keçirə bilərdi. Müharibə Yaxın Şərqdə başlamışdı. Müharibə İraqda başladı, sonrakı mərhələdə Suriyaya keçdi, digər yandan Hindistan-Pakistan, İsrail-Fələstin münaqişəsi yenidən alovlandı, ortada bir Çin qalmışdı, onu da koronavirusa yoluxdurdular. Virusun yayıldığı İtaliya və İspaniya da bu “ayparaya” düşür. Bu “ayparanın” bir ucu İngiltərədə qurtarır, indi bu ölkədə də vəziyyət yaxşı deyil. Bu o deməkdir ki, dünya Dərin Dövlətdə olan bir qrup adam tərəfindən idarə olunur. Yəni burada “görünməz əl” fəaliyyət göstərir. Həmin əl də öz istədiyini əldə etdikdən sonra çəkiləcək, amma onları tapmaq çətin olacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR