Slimfit
  1. MARAQLI

Koronavirus bir kişiyə 30 illik yaddaş çatışmazlığından sonra ailəsini xatırlamağa kömək etdi

Koronavirus bir kişiyə 30 illik yaddaş çatışmazlığından sonra ailəsini xatırlamağa kömək etdi
Sakura

Koronavirus bir kişiyə 30 illik yaddaş çatışmazlığından sonra ailəsini xatırlamağa kömək etdi

Amneziyadan əziyyət çəkən çinli əmək miqrantı, 30 illik yaddaş çatışmazlığından sonra evini və ailəsini koronavirus barədə xəbərləri seyr edərkən xatırlayıb. Bu barədə Ens.az saytı məlumat verib.

1990-cı ildə Çju Tsyamin Çinin cənub-qərbində yerləşən Quyçjou əyalətindən tikinti sahəsində çalışmaq üçün Hubey əyalətinə gəlib. Elə həmin il iş yerində aldığı baş zədəsindən sonra amneziyadan əziyyət çəkir. Bundan əlavə, kişi, şəxsiyyət vəsiqəsini itirərək evli bir cüt tərəfindən sığınacaq verilənədək küçədə yaşayıb.

Keçmiş həyatını xatırlamaq üçün dəfələrlə çalışsa da, heç bir nəticə olmayıb. Evinin və ailəsinin harada olduğunu bilmir, heç kim də ona bu barədə kömək edə bilmədi. 2015-ci ildə, ona sığınacaq vermiş insanlarla birlikdə Yunxe əyslətinə köçüb. Bu yerdəyişmədən qısa müddət sonra, xəsarət almamışdan əvvəlki həyatının bəzi detallarını tədricən xatırlamağa başlayıb.

Bu ilin fevral ayında isə onuj doğma şəhərində lentə alınan koronavirus epidemiyası ilə bağlı bir xəbəri izlədiyi zaman qəfildən haradan gəldiyini xatırladı. Kişi kömək üçün polisə müraciət etdi. Polis onun ailəsini tapdı və tezliklə ailəsi ilə yenidən görüşəcək.

Məlum olub ki, Tsyaminin atası 18 il əvvəl ölüb. Video bağlantısı vasitəsilə 83 yaşlı anasına zəng edib.

"Yaşadığın üçün şadam. Düşünürdüm ki, səni bir daha görməyəcəyəm "deyib anası.

Uzun illərdir itkin olduğu bildirilən Tsyaminin sənədləri ləğv edildi. İndi evə qayıtmaq üçün pasportunun bərpasını gözləyir.

Mənbə: news.rambler.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR