Dərc edildi: Baxış sayı: 446
Koronanı necə məhv etmək lazım olduğunu bilirik
Çeçenistanda koronavirusa qarşı tədbirlər vaxtında görüldü və əhali bunu məmnunluqla qarşıladı.
Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov deyib.
“Sərhədlərin bağlanması, küçədə əhalinin gəzməsinə qoyulan məhdudiyyət və s. tədbirlərin nəticəsini görürük. Biz koronavirusun sürətlə yayılmasının qarşısını almağı hədəfləmişik və buna da nail oluruq. Bizim şüarımız budur: “Koronavirusu öldürmək!” Və biz bilirik bunu necə etmək lazımdır”.
Qeyd edək ki, 28 martdan Çeçenistanda karantin rejimi gücləndirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət