Dərc edildi: Baxış sayı: 594
Korona xofu dağılır: 98 yaşlı qadın da sağaldı
Xüsusilə 60-70 yaşdan yuxarı koronavirusa yoluxan şəxslərin yüksək ölüm riski daşımasına baxmayaraq, koronavirusa yoluxan ən yaşlı insan da bu xəstəliyə qalib gəlib.
Axar.az xəbər verir ki, Çinin Uhan şəhərində koronavirusa yoluxmuş 98 yaşlı qadın xəstəlikdən sağalıb. Xəstəliyə yoluxmuş 98 yaşlı qadın özü kimi koronavirus olan 55 yaşlı qızı ilə birgə fevralda xəstəxanaya yerləşdirilib.
Bu günə qədər bu virusa yoluxan və sağalaraq evə buraxılan 47 204 nəfər arasında hələ bu yaşda xəstə olmayıb.
Həkimlər bunu həm xəstənin immunitetinin güclü olması, həm də artıq virusun öz təsir gücünü get-gedə itirməsi ilə izah edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət