Slimfit
  1. MARAQLI

Korona virusuna qarşı ehtiyat tədbirləri: Bazardan aldığımız meyvə və tərəvəzləri necə yumalıyıq?

Korona virusuna qarşı ehtiyat tədbirləri: Bazardan aldığımız meyvə və tərəvəzləri necə yumalıyıq?
Sakura

Korona virusuna qarşı ehtiyat tədbirləri: Bazardan aldığımız meyvə və tərəvəzləri necə yumalıyıq?

Korona virusunun təsirini davam etdirdiyi indiki vaxtda insanlar bayıra az hallarda çıxmağa çalışır. Marketlərdən mümkün qədər çox sayda məhsul almağa çalışan insanlar bazarlardan və digər açıq satış yerlərindən meyvə-tərəvəz aldıqdan sonra hansı gigiyenik qaydalara əməl etmək lazım gəldiyini bilmək istəyirlər. Mövzu ilə bağlı açıqlama verən türkiyəli professor Tanıl Kocagöz vacib 8 məqamı qeyd edib.

O, yeni korona virusunun tənəffüs yollarında xəstəlik yaradan mikroorqanizm olduğunu ifadə edib: "Bu virusun bir çox hallarda heç bir simptom omadan və ya az simptomla qeydə alındığını, xüsusilə yaşlı, immuniteti zəif, ürək və şəkərli diabet kimi xəstəlikləri olan və siqaret cəkən adamlar üçün daha ciddi, bəzən isə ölümcül olduğunu deyən Tanıl Kocagöz alınacaq tədbirlərə diqqət çəkib.

Prof. Dr. Tanıl Kocagöz, bunları söyləyib: "Virus, xəstə insanların öskürək və asqırmaları nəticəsində ətrafa yayılan xırda damcıların sağlam insanların tənəffüs yollarına keçməsi ilə ötürülür. Bu damcılar xəstəni tərk etdikdən sonra qısa müddət havada qalır, sonra səthlərə yapışır və daşıdıqları viruslar bir neçə gün sağ qala bilər. Havadakı damcıların tənəffüs yollarına keçməsi və ya düşdükləri səthlərdən əllərə yapışan virusların daha sonra üzə, özəlliklə ağıza, buruna və ya gözə toxunulması nəticəsində meydana gəlir. "

Qapalı və açıq bazarlarda nələrə diqqət etməli

Qeyd olunan məkanlarda virusa yoluxmuş adamların öskürməsi və ya asqırması ondan bir metrə qədər havada virusun ola biləcəyini bildirən Tanıl Kocagöz həmin virusların daha sonra tərəvəz, meyvə və digər cisimlər üzərinə düşə biləcəyini qeyd edir. Xəstə adamların ağzına və ya burnuna toxunduqdan sonra əllərini vurduqları səthə virus keçə bilər. "Ehtiyatlı olmasanız, həmin səthlərdən yoluxa bilərsiniz".

Bəs, bazarlarda bu təhlükədən qorunmaq üçün nələr etmək lazımdır? Prof. Dr. Tanıl Kocagöz aşağldakı.tədbirləri önəmli sayır:

1. Bazar və marketlərə, insanların az olduğu vaxtlarda getməyə çalışın. Həmin məkanlarda gəzərkən 1 metrdən artıq heç kimə yaxınlaşmayın.

2. Heç kimlə əl ilə görüşməyin ; uzaqdan salamlaşın.

3.Çalışın yanınızda dezinfeksiyaedici vasitələr olsun.

4. Meyvə, tərəvəz və ya digər əşyalar götürüb bir torbaya, çantaya qoyub pul verdikdən sonra əlinizə dezinfeksiyaedici vasitələr vurun.

5. Üzünüzə toxunmamağa çalışın.

Meyvələri və tərəvəz məhsullarını necə yumalı

6. Evə qayıdarkən meyvə və tərəvəzləri bol su ilə yuyun. Meyvə, pomidor, xiyar kimi tərəvəzləri təbii, bol su ilə yuyun.

7. Əgər qurudulmuş qoz-fındıq almış olsanız, onları 5-10 dəqiqə qovurun.

Bu tədbirlər ilə bazarda təhlükəsiz şəkildə alış-veriş edə bilərsiniz. Ancaq xəstələnmə riskini minimuma endirmək üçün, bazar kimi izdihamlı yerlərə mümkün qədər az getməyə çalışın.

Mənbə: www.sozcu.com.tr

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR