Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Korona özü deyil, fəsadı insanı məhv edir – Xəbərdarlıq

Korona özü deyil, fəsadı insanı məhv edir – Xəbərdarlıq
Sakura

Korona özü deyil, fəsadı insanı məhv edir – Xəbərdarlıq

Koronavirus insan orqanizminin müdafiəsini ciddi şəkildə zəiflədir, bu isə digər patologiyalara səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə rusiyalı akademik, virusoloq Feliks Yerşov danışıb.

O bildirib ki, virus immun sisteminə təzyiq edir, ona görə də əlavə fəsadlar törədir.

“Əlbəttə, adi qripdə də orqanizm zəifləyir, immun sistemi pozulur və immun çatışmazlığı meydana gəlir”, - o bildirib.

Həkimin sözlərinə görə, bu səbəbdən risk qrupuna yaşlılar daxil edilib. Çünki uşaq və gənclərdə özünübərpa daha sürətli gedir və onların digər xəstəlikləri patologiya səviyyəsində olmur:

“Yaşlı insanlarda virus infarkt və insult riskini artırır”.

Yerşov bildirib ki, əsas problem də budur:

“Ölüm səbəbi də koronavirus olmur, onun immun sistemini məhv etməsi nəticəsində digər xəstəliklər insanın ömrünə son qoyur”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR