Slimfit
  1. MƏDƏNİYYƏT

“Koroğlu” operası təqdim olunub

“Koroğlu” operası təqdim olunub
Sakura

“Koroğlu” operası təqdim olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operası təqdim olunub. SİA-nın məlumatına görə, səhnə əsərinin budəfəki təqdimatı Xalq rəssamı, Dövlət mükafatı laureatı Tahir Salahovun 90 illik yubileyinə həsr edilib. Səhnə əsərində teatrın aparıcı solistləri - Xalq artistləri Fidan Hacıyeva, Əli Əsgərov, Əkrəm Poladov, Əməkdar artistlər Fərid Əliyev, İlahə Əfəndiyeva, Cahangir Qurbanov, Əliəhməd İbrahimov, Tural Ağasıyev, solistlərdən Taleh Yahyayev , Fəhmin Əhmədli və Nurlan Namazov çıxış ediblər.

Opera Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunub. Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, opera maraqla qarşılanıb.

Qeyd edək ki, Tahir Salahov “Koroğlu” operasının quruluşçu rəssamıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri sayılan bu operanı, həm də Tahir Salahovun monumental və zəngin səhnə tərtibatı, dekorasiyaları bəzəyir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR