Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Koroğlu/Dördüncü pərdə

Koroğlu - Koroğlu/Dördüncü pərdə
Sakura

Koroğlu - Koroğlu/Dördüncü pərdə (Müəllif: H.İsmayılov, Məmməd Səid Ordubadi və Üzeyir Hacıbəyov)

X a n ә n d ә q ı z--
 
Saqi, benure-bade bәrәfruz came-ma (2 dәfә)
Mütrüb, be gu ke, kare-cahan şod bekame-ma. (2 dәfә)
Bekame-ma ... aman ey ... aman ey ...
 
Q ı z l a r x o r u--
 
Yarım hey ... yarım ey ....
 
X a n ә n d ә q ı z--
 
Aman ey ... aman, aman, bekame-ma, bekame-ma.
 
Q ı z l a r x o r u--
 
Әhsәn qara saçlara, qara qaşlara,
Qara gözlәrә, qara xallara.
Mәcnun kimi yar mәni saldı çöllәrә,
Saldı dillәrә, yaman hallara, yaman hallara. (2 dәfә)
 
X a n ә n d ә q ı z--
 
Ma dәr piyale әkse-ruxi-yar dideim,
Ey bixәbәr ze lәzzәte-şurbe-modame-ma.
Aman ey, aman ey, aman ey....
Yarım ey, yarım ey, aman ey, aman....
Modame-ma, modame-ma.
 
Q ı z l a r x o r u--
 
Әhsәn qara saçlara, qara qaşlara,
Qara gözlәrә, qara xallara.
Mәcnun kimi yar mәni saldı çöllәrә,
Saldı dillәrә, yaman hallara, yaman hallara.
 
R ә q s.
 
Q ı z l a r x o r u--
 
Gözәl xanım, sәn mәnim canım, naz eylәmә.
Bizimlә sәn bir şirin söhbәt-saz elә,
Kәrәm qıl gәl, lütfünü bizdәn az elәmә,
Sәn bir gülsәn, gәl xәzanimi yaz elә,
Naz elә, bala, saz elә, bala, yaz elә, bala, hey!...
 
R ә q s.
 
K o r o ğ l u n u n çıxışı.
 
H ә s ә n x a n--
 
Bu kimdir, nәçidir?
 
E h s a n p a ş a--
     
Aşığa bәnzәyir.
 
H ә s ә n x a n--
 
İzinsiz girdin sәn tez içәri,
Sәlam vermәdin nәdәn ötәri?
 
K o r o ğ l u--
 
Sәlam verdim, sәlamım almadılar,
Sәlam kәssin bәyi dә, ya xanı da.
 
H ә s ә n x a n--
     
Aşıqsansa әgәr, hünәrini göstәr.
 
K o r o ğ l u--
 
Göstәrim, izin verin.
Çünki oldun dәyirmançı,
Çağır gәlsin dәn, Koroglu. Balam hey!...
Sәni gördüm, aşiq oldum,
Dәrdә saldın canımı.
Ala gözlәr, dadlı sözlәr,
Qara qaşlar, işvә-nazlar....
Can alan yar tökdü nahaq qanımı,
Nәdir әmrin, tacidarım, sәrvәrim?...
Nazlı yarım, gülüzarım, işvәkarım, hey....
Nәdir әmrin, qәddi rәna dilbәrim!
Gecә-gündüz ayrılıqdan
Yandım hicran dәrdinә.
Sәni görsәm, nazlı yarım,
Gedәr әldәn ixtiyarım.
Sәni görsәm, gülüzarım,
İftixarım, nazlı dilbәrim, hey....
Gәrәk aşiq yar yolunda
Qalmasın can dәrdinә.
Ala gözlәr, dadlı sözlәr,
Qara qaşlar, işvә nazlar....
Can alan yar tökdü nahaq qanımı.
Nәdir әmrin, tacidarım, sәrvәrim?
Nazlı yarım, gülüzarım, işvәkarım, hey....
Nәdir әmrin, qәddi rәna dilbәrim?...
Gecә-gunduz hey!...
Gecә-gündüz ayrılıqdan yandım hicran oduna.
Geçә-gündüz ayrılıqdan yandım hicran oduna.
Sәni görsәm, nazlı yarım,
Gedәr әldәn ixtiyarım.
Sәni görsәm, gülüzarım,
İftixarım, nazlı dilbәrim, hey....
Gәrәk aşiq yar yolunda
Qalmasın can dәrdinә.
Ala gözlәr, dadlı sözlәr,
Qara qaşlar, işvә nazlar....
Can alan yar tökdü nahaq qanımı,
Nәdir әmrin, tacidarım, sәrvәrim?
Nazlı yarım, gülüzarım, işvәkarım, hey....
Nәdir әmrin, qәddi rәna dilbәrim?...
 
H a m ı--
     
Afәrin!
 
H ә s ә n x a n--
     
Aşıq olmağına aşıqdır.
 
E h s a n p a ş a-- 
Aşıq olmağına aşıqdır.
 
X o r--
     
Qәzәllәmә söylә!
 
K o r o ğ l u--
 
Koroğlunun Qıratını gözәllәrәm mәn çox
(kәnara)
 
Görüm Qırat burdadır, ya yox!
 
H ә s ә n x a n--
    
Koroğlunu tanıyırsan?
 
K o r o ğ l u--
         
Tanıyıram!
 
H ә s ә n x a n--
     
Qıratını tanıyırsan?
 
K o r o ğ l u--
     
Tanıyıram!
 
H ә s ә n x a n--
 
Sәn indi ki, tanıyırsan,
Bir gözәllәmә söylә, söylә!
 
K o r o ğ l u--
 
Eşitsin xanlar, paşalar,
Eşitsin bәylәr, ağalar,
Eşitsin xanlar, paşalar,
Eşitsin bәylәr, ağalar,
Eşitsin arif atalar,
Eşitsin şәnin Qıratın (2 dәfә)
Eşitsin şәnin (2 dәfә)
Eşitsin şәnin Qıratın.
Qanadlı quşdur, at deyil,
Bir ildırımdır elә bil.
Yeri, yatağı, oynağı
Çәnlibeldir Qıratın.
Çәnlibeldir, (2 dәfә)
Çәnlibeldir Qıratın.
 
H ә s ә n x a n--
 
Aşıq, tәrifini etdiyin Qırat,
Koroğludan bizә edilib sovqat.
Neçә gündür ki, at tolamda yatır,
Yeyir, içir vә şıllaq atır, ha, ha, ha....
 
K o r o ğ l u--
 
Ola bilmәz bu iş, sәn aldanmısan,
Ayrı düşmәz Qırat çün Koroğludan.
 
H ә s ә n x a n--
 
Polad, Qıratı get çıxar toladan,
Onda görәk, kimdir adam aldadan?
Aldatmış olsa mәni Hәmzә,
Bәlkә, doğratdıraram onu tikә-tikә.
 
E h s a n p a ş a--
 
Aşıq, bir şikәstә!
 
K o r o ğ l u--
 
Oxuram, baş üstә, baş üstә!
 
Ç a l ı r.
 
Nazlı yarım, vәslә çatdım.
Keçdi hicran günlәri.
Aşiqәm mәn, kuyi-dilbәr,
Vәsli-canan istәrәm.
Vәsli-canan, dәrdi-hicran, (2 dәfә)
Zülfü reyhan, qәlbi viran,
Dil pәrişan günlәri.
 
 
II
 
Bir qanadsız bülbülәm mәn,
Dәrdә düşmüş sünbülәm.
Aşiqәm mәn, kuyi-dilbәr,
Vәsli-canan istәrәm,
Vәsli-canan, vәsli-canan,
Dәrdi-hicran, vәsli canan,
Zülfü reyhan, qәlbi viran,
Dil pәrişan günlәri.
 
X o r--
 
Yaxşı, yaxşı, bağla qolların.
Möhkәm örtün qaçmaq yolların.
Hәr nә var silahını alın,
Xәncәrinin gordasın salın.
Alın onun bütün malın.
Yanında beş nәfәr qalın.
 
H ә s ә n x a n--
 
Axtarırdım sәni göydә, yerdә düşdün әlimә.
Әmr edәrәm doğrasınlar sәni dilim-dilimә.
Sәfil rәiyyәt, rәzil kәndli,
Yox eylәrәm sizi, qırram,
Bu kimi xain әgәr min olsa,
Minin dә boynunu vurram.
Koroğlu, Koroğlu, Koroqlu, 
Ha, ha, ha, ha.... (2 dəfə) 
Onu sәn bil ki, mәn mәmlәkәtin xanıyam,
Mәnә kәc baxsa gәr, kәndlinin düşmanıyam.
Verә bilmәz mәnim keyfimә heç bir mәlal,
Nә Koroğlu, nә Koroğlu, nә şil oğlu, nә lal.
Axtarırdım sәni göydә, yerdә düşdün әlimә,
Әmr edәrәm doğrasınlar sәni dilim-dilimә.
 
Ә y a n l a r--
 
Afәrin, Hәmzә bәy!
Sözlәrin doğru çıxdı, afәrin!
Rәdd olar, mәhv olar, bir kәrә
Başımızdan bu bәla.
 
H ә s ә n x a n--
 
Nigarı verdim sәnә mәn,
Hәmzә, Nigar sәnindir, al,
Halal malındır.
Nigar gözәldir, әdası qәmzә,
Nigar sәnindir,
Al, o yar sәnindir.
 
H a m ı--
 
Nigar gözәldir, әdası qәmzә,
Nigar sәnindir, al,
Nigar sәnindir, al.
Sevgili, nazlı dilbәrim,
Gәlsin Nigar, tez gәlsin Nigar,
Tez gәlsin Nigar.
 
N i g a r--
 
Ax ... bu nә müsibәt!
 
K o r o ğ l u--
 
Elәdin xәyanәt!
 
H ә s ә n x a n--
 
Nigar, Hәmzә bәyin göstәrdiyi şanlı rәşadәt,
Bizi şad eylәdi, verdi sәnә fәxri sәadәt.
 
T ә l x ә k (daxil olur)--
 
Nay, nay, nay!...
Mәn demәdim bәsdir ona bir nәfәr?!
Getsә kifayәtdir Ömәr ya Sәfәr;
Mәn deyәn oldu yenә dә müxtәsәr,
Bәxtәvәrәm, bәxtәvәrәm, bәxtәvәr.
İstәdilәr göndәrәlәr üstünә on min pәlәng,
Mәnsә dedim bәsdir ona getsә keçәl Hәmzә bәy.
 
F ә r r a ş--
 
Xan sağ olsun!
Mahaldan gәtirdilәr bir nәfәr,
Bizlәrdәn Koroğluya aparırmış xәbәrlәr.
 
H ә s ә n x a n--
 
Kim göndәrirmiş onu?
 
F ә r r a ş--
 
Әsla demәz, gizlәdir,
Nә qәdri versәn әzab,
Ölsә dә dinmir, demir.
 
N i g a r--
    
Ah!...
 
H ә s ә n x a n--
     
Sәni kim göndәrib, de görüm, alçaq?!
 
E y v a z--
 
Vurun, öldürün, demәrәm ancaq.
 
H ә s ә n x a n--
     
Cәlladı çağırın.
 
N i g a r--
 
Qoyun mәn deyim,
Kimin göndәrdiyin sizә söylәyim.
 
H ә s ә n x a n--
     
Kim imiş göndәrәn?
 
N i g a r--
 
Göndәrәn mәnәm.
Bunu anlayın, mәn sizә düşmәnәm!
 
H a m ı--
     
Belә bәs, belә bәs, belә, belә!...
 
N i g a r--
 
Bir görün, mәn sizә nә deyәcәyәm hәlә.
Bir yığın zülmkar, bir yığın cәllad,
Tәsir etmәz sizә bu qәdәr fәryad, (2 dәfә)
Sәrxoş etmiş sizi zülmün nәşәsi.
Narahat eylәmәz mәzlum nalәsi. (2 dәfә)
Bir gün gәlәcәkdir intiqam günü,
Kәsәcәk zalimin başının üstünü.
Bu gün әzilәnlәr әzәr sizlәri,
Xan zülmündәn qurtararlar bizlәri,
Qurtararlar bizlәri!
 
Ә y a n l a r--
 
Rәdd edilsin, mәhv edilsin, öldürülsün xainә,
Qoy cәza görsün, xәyanәt eylәmişdir xaninә!
 
H ә m z ә--
 
Ax! Qәlbimdәki mәhәbbәt
Döndü, oldu bir nifrәt ol xainә!
 
Ә y a n l a r--
     
Ay tutun, qoymayın! (5 dәfә)
 
H ә s ә n x a n--
 
Ay tutun, qoymayın, tez Koroğlunu,
Tez tutun, qoymayın, öldürün onu!
 
X o r--
 
Ay tutun, qoymayın! (5 dәfә)
Ay tutun, qoymayın, tez Koroğlunu,
Tez tutun, qoymayın, öldürün onu!
 
İ b r a h i m x a n--
 
Xan sağ olsun!
Polad verdi Qıratı,
Mindirib Koroğlunu, tez qaçırtdı.
 
H ә s ә n x a n--
   
Bu üç xainin dә kәsilsin başı!
 
H a m ı--
 
Cәzaya verilsin qohumu, qardaşı!
 
N i g a r, P o l a d, E y v a z--Koroglu sag olsun!...
 
PӘRDӘ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR