Slimfit
  1. BİOQRAFİYA

Koroğlu

Koroğlu
Sakura

Rövşən - yarı mistik xalq qəhrəmanı

Koroğlu — yarı mistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Türk xalqlarının bir çoxunun folklorunda Koroğlu obrazı (bəzi türk xalqlarının folklorunda Koroğlu) mövcuddur.

 

Koroğlu adlı qəhrəman türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir. Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı söylənilir. Koroğlu da məzarda dünyaya gəlir və ölmüş anasının döşünü əmərək həyatda qalır. Müxtəlif ölkələrdə uyarlanarak fərqli versiyaları izah edirlər. Korluq anlayışı yalnız görməməyə deyil, görülməmələri də ehtiva edər. Qəhrəmanlar qorunmaq üçün görünməz olurlar. Xıdır zaman zaman kor olaraq betimlenir çünki onun gözə ehtiyacı yoxdur. Korluq müdrikliyi işarələr. Müxtəlif bölgələrdə bəzən fərqli adlarla xatırlanan atası Alı (İslamdan sonra Əli), korluq tanrısı həqiqi bir versiyasıdır. Kor sözü işıq demək olduğu kimi yer altı, dağ, torpaq kimi mənaları da vardır. Bütün bunlar bir yerdə baxdıqda Koroğlu adı üç fərqli mənanı ifadə edir.

  1. Gözləri kor olan (gözə ehtiyac duymağa) adamın oğlu.
  2. Torpağın, dağın (məcazi məzarın yəni ölümün) oğlu.
  3. Korun yəni atəşin (müqəddəs gücün) oğlu.

Koroğlu özünü dəfələrlə qurda bənzədər. Anadoluda 16-cı əsrdə yaşayan və bu dastan qəhrəmanının adını alaraq onunla qaynaşan Koroğlu adlı xalq ozanıdır şeirləri də özüylə bütünləşmişdir. Beləcə Koroğlu ozanlıq qabiliyyəti ilə də bütünləşmişdir.

 

Haqqında

Cəlalilər hərəkatının başçılarından biri idi. XVI əsrin ortaları – XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.

Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanəviləşərək öz əksini "Koroğlu dastanı" - nda tapmışdır. Dastanla hadisə və şəxsiyyətlər silsiləsinin tarixilik xətti pozulmamış, Koroğlunun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılmışdır. Dastanda adları çəkilən şəxsiyyətlərin (Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər paşa, Həsən paşa və s.) əksəriyyəti tarixi simalardır. Koroğlunun əsas istinadgahı Çənlibel qalası olmuşdur (müxtəlif ərazilərdə "Çənlibel" adlı çoxlu qalalar mövcuddur). XIX əsrə aid mənbələrdə yaşayış məntəqəsi kimi Çənlibelin adı çəkilir.

A.Təbrizlinin "Tarixlər kitabı" əsərində cəlali dəstələrindən 20-dən çox başçısının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun vuruşmalardakı mərdlik və şücaəti, kasıbların dostu, zülmkarların düşməni xalq qəhrəmanına çevirmişdir.

Azərbaycan Əlyazmalar İnstitutundakı əlyazmalarda aşıq-şair Koroğlunun çoxlu şerləri qorunub saxlanır.

 

Gəraylılar

 

Qoşmalar

 

Dastanları

 

Koroğlu haqqında

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR