Slimfit
  1. MEDİA

Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi

Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi
Sakura

Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirildi

10 iyun 2022-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Korgöz qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Görüşdə Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak etmişlər.

Keçirilmiş səyyar qəbulda 50-dən çox qəsəbə sakinləri iştirak etmişdir.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, yeni salınan asfalt örtüyü və məktəblilər üçün çəkilən xüsusi piyada yollarına görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənilmişdir.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR