Slimfit
  1. İDMAN

​Koreyalılar 2032-ci il Olimpiadasını birgə keçirə bilərlər

​Koreyalılar 2032-ci il Olimpiadasını birgə keçirə bilərlər
Sakura

​Koreyalılar 2032-ci il Olimpiadasını birgə keçirə bilərlər

 

Koreya Respublikası 2032-ci il Yay Olimpiya Oyunlarını Koreya Xalq Demokratik Respublikası ilə birgə birgə keçirmək təklifi ilə çıxış etməyə hazırlaşır.

Mətbuat.az saytı xəbər verir ki, bunu Cənubi Koreyanın mədəniyyət, idman və turizm naziri To Çon Hvan Tokioya səfəri zamanı bildirib. Nazir qeyd edib ki, təklif bu tədbirin Seul, eyni zamanda Pxenyanda keçirilməsinə aiddir və bu məsələ Cənubi Koreya Prezidenti Mun Ce-in və KXDR-in lideri Kim Çen Inın iştirakı ilə qarşıdakı sammitin gündəliyinə daxil edilib.

 

Növbəti Olimpiya Oyunlarında da idmanın müxtəlif növlərində hər iki Koreyanın birləşmiş komandalarının yaradılması imkanlarının nəzərdən keçirildiyi və bunun üçün təşkilatçıların dəstəyini almaq niyyətində olduğu da vurğulanıb.

Məlumat üçün bildirək ki, iki Koreya ölkəsinin artıq bu sahədə müəyyən təcrübəsi var. Belə ki, fevralın 9-da KXDR və Cənubi Koreya yığmaları “Pxençan-2018” Olimpiadasının açılış mərasimində idmançıların paradında vahid Koreya bayrağı altında təmsil olunublar. Bununla yanaşı, Koreya Respublikasının və KXDR-in qadınlardan ibarət birləşmiş xokkey yığması Olimpiya turnirində qüvvələrini sınayıblar. Hər iki ölkəni təmsil edən bir neçə birləşmiş komandanın 2018-ci ilin Asiya Oyunlarında mübarizəsi də xüsusi qeyd olunmalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR