Slimfit
  1. DÜNYA

Koreya sərhədində 500 kilometrlik “canlı zəncir” qurulacaq

Koreya sərhədində 500 kilometrlik “canlı zəncir” qurulacaq
Sakura

Koreya sərhədində 500 kilometrlik “canlı zəncir” qurulacaq

Aprelin 27-də Koreya yarımadasının demilitarizasiya zonasında 500 kilometrə qədər uzanan insan zənciri təşkil olunacaq. Bu kütləvi aksiyada məqsəd KXDR-lə Cənubi Koreya arasında sülhü təbliğ etməkdir.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Demilitarizasiya zonasında “canlı zəncir” hərəkatının baş qərargahı aksiyaya 500 minə yaxın insanı cəlb etmək niyyətindədir. Hər bir iştirakçı 10 min von (təxminən 10 dollar) ödəməli olacaq”,  - deyə aksiya təşkilatçısının bəyanatında deyilir.

Aksiya Yaponiya əsarətinə qarşı üsyanın 100-ci ildönümünə təsadüf edəcək. Təşkilatçılar artıq polis və təhlükəsizlik xidmətinin razılığını alıb. Plana görə, canlı zəncir İnçxon şəhərində başlayacaq və şərq sahilində yerləşən Koson rayonuna qədər uzanacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR