Dərc edildi: Baxış sayı: 285
Koreya Prezidenti Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
Koreya Respublikasının Prezidenti Yun Sok Yol Prezident İlham Əliyevi təbrik edib.
Ens.Az-ın məlumatına əsasən,təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.
Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət