Slimfit
  1. PSİXOLOGİYA

"Kor" sevgi: niyə yaranır

"Kor" sevgi: niyə yaranır
Sakura

Əslində həmin anda biz o insanı yox, başımızdakı obrazı sevirik.

Aşiq olmaq insan bədəni üçün əlavə stress deməkdir. Bu dövrdə iştahımızı itirə, yuxumuzu qaçıra və çox narahat ola bilərik. Ancaq eyni zamanda aşiq olmaq həyatımızı yeni rənglər, hisslər və duyğularla doldurur.

"Aşiq olmaq" nədir?

Əslində aşiq olmaq və eşqə düşmək hadisələri hələ də zəif başa düşülür. Məsələn, aşiq olmaq, hormonal səviyyələrdə dəyişiklik kimi başa düşülə bilər. İnsan bu duyğu ilə qarşılaşdıqda, onun orqanizmi həmişəkindən daha böyük həcmdə oksitosin, dopamin, vazopressin və digər hormonları istehsal edir. Yəni aşiq olmaq bədən üçün normal  hal deyil, digər duyğular kimi bədənə və ümumiyyətlə davranışa təsir edir. Buna görə emosional qeyri-sabitlik yaranır, təlqinetmə səviyyəsi artır və reallıq hissinin itməsi mümkündür.

Sevgiyə psixoanalitik tərəfdən də yanaşmaq olar. Alman psixoloqu E. Fromm güman edir ki, sevgi boş yerdən yaranmır. Sevmək üçün yetkin insan olmalısan, rəsm, yazı sənəti kimi sevgini də, öyrənmək lazımdır. O, özünün “Sevmək sənəti" adlı kitabında deyir ki, kimisə sevmək üçün ilk növbədə özünüzü sevməlisiniz.

Niyə sevgidən kor olurlar?

Sevgi prosesdir və buna görə də öz dövrü var. Psixoloq Karlos Qarsiya münasibətlərin üç mərhələsini müəyyənləşdirir: aşiq olmaq, ehtiraslı sevgi və dostluq sevgisi. Bir qayda olaraq, tərəfdaşın ideallaşdırılması ilk mərhələdə baş verir. Hormonlar beyinə hələ də aktiv təsir göstərdiyinə görə, ümumiyyətlə sanki insan dünyaya gül rəngli eynəklər vasitəsilə baxdığı deyilir. Əslində bu anda biz o, insanı yox, başımızdakı obrazı sevirik. Buna görə bəzi çatışmazlıqlar gözdən yayınır. Hormonlar sakitləşdikdə isə, partnyorla "yeni" tanışlıq yaranır və bu zaman biz tamamilə fərqli bir insana aşiq olduğumuzu anlayırıq, ya da həmin adamı yenidən, əslində olduğu kimi kəşf edirik və onunla münasibətlərimizi davam etdiririk.

Söhbət “kor məhəbbət”ə gəldikdə, istər-istəməz şübhə etməyə başlayırsan, doğrudanmı bu sevgidir?

Sevgi nevroz kimi

Məsələn, uşaqlıqda qız anası tərəfindən "sevilmədi", ondan soyuq münasibət gördü, lazımi sevgi və müdafiə olunma hissi yaşatmadı. Qız böyüdü, ona diqqət göstərən oğlanla görüşməyə başladı, o qıza hədiyyələr verir, kiçik uşaq kimi qayğı göstərir. Qız düşünməyə başlayır ki, bax bu,  məhz həmin adamdır. Bəli, əlbəttə ki, bəzən həmin oğlan görüşə gecikə bilər, nəsə etməyi  unuda bilər  və ya qeyri-düzgün davranar, amma qız bu çatışmazlıqlara əhəmiyyət vermir, çünki onun üçün idealdır, çünki nevrotik ehtiyaclarını ödəyir. Yəni burada heç bir sevgi yoxdur, qız sadəcə, uşaqlıqda görmədiyi sevgini kompensasiya etməyə çalışır. Və bu ehtiyacın ödənildiyi zaman əlaqələrin gərəksizliyi üzündən sona çatması tamamilə mümkündür.

Yalqızlıq qorxusu kimi sevgi

İnsanlar həm də sevgidən "kor ola bilər", çünki tək qalmaqdan qorxurlar. Tərəfdaşlarının bəzi çatışmazlıqlarına göz yummaq daha asan və daha rahat ola bilər, təki  özləri ilə tək qalmasınlar. İstəsə, içsin və məni döysün, amma yenə də doğmadır. Və ya - həyat yoldaşımın bütün maaşımı əlimdən alması və azadlığımı məhdudlaşdırmasından eybi yoxdur, əsas mən tək deyiləm və həmişə məni evdə gözləyən var.

Özünə hörmətin aşağı olması nəticəsində sevgi

İnsan öz çətinliklərinə görə özü üçün daha yaxşı tərəfdaş tapmağa çalışmır. Özünü aşağı qiymətləndirən  insanlar üçün, onlara  diqqət yetirən, maraq göstərən hər kəs, bütün çatışmazlıqlarını bağışlamağa hazır olan bir növ "qəhrəman" olur.

Sağlam münasibət qurmaq çox vaxt çətindir və motivlərin nə olduğu həmişə aydın olmur. Bu məsələdə öz hisslərinizi diqqətlə nəzərdən keçirmək lazımdır. Sağlam münasibətlər, hər şeydən əvvəl insanların həyatına sevinc və xoş hisslər gətirir.

Mənbə: umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR