Slimfit
  1. AZƏRBAYCAN

"Kor olmağımın qarşısı alındı" - Prezidentin tapşırığı ilə Türkiyəyə göndərilən gənc

"Kor olmağımın qarşısı alındı" - Prezidentin tapşırığı ilə Türkiyəyə göndərilən gənc
Sakura

"Kor olmağımın qarşısı alındı" - Prezidentin tapşırığı ilə Türkiyəyə göndərilən gənc

Prezident İlham Əliyevin göstərişi ilə Türkiyəyə göndərilən Ağsu şəhər sakini, 1990-cı il təvəllüdlü Zaman Muradov bu gün ikinci dəfə əməliyyat olunacaq.

Unikal.org-a açıqlama verən  Murad Zamanov bildirib ki, keçirilən əməliyyatla onun ikinci gözündə görmə qabiliyyətinin itirilməsinin qarşısı alınıb:

"İstanbulda yerləşən "Liv Hospital"da müalicə alıram. Sol gözüm görmə qabiliyyətini tamamilə itirib. Sağ gözümdə də  problem var. Birinci dəfə crrahiyyə əməliyyatı olundum. Əməliyyatı Vedat Kaya etdi. Bu gün lazerlə yenidən əməliyyat olunacam. Həkimlər dedilər ki, bu əməliyyat zamanı gözümdə kanal açacaqlar ki, maye normal hərəkət edə bilsin. Bununla tıxanaqlıq yaranmasının qarşısı alınacaq ki, siniri zədələməsin. Həmin gözümün təzyiqi 40-dır. Normalda göz təzyiqi aşağı olmalıdır. Həkimlər göz təzyiqimi 40-dan 12-13-ə qədər endiriblər. Sağ gözümdə yalnız bir görmə siniri qalıb. O siniri həkimlər saxlamaqla kor olmağımın qarşısını aldılar. Bundan bir ay sonra kataraktadan əməliyyat olunacam. Həkimlər səhhətim tam normallaşandan sonra evə buraxacaqlar. Görmə qabiliyyətimi itirməmək üçün edilən bu əməliyyata görə, cənab prezident İlham Əliyeva, ölkənin birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna öz minnətdarlığımı bildirirəm. Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə azı 2000-3000 xəstə müalicə alır. Həmin xəstələr də ölkə başçısına və onun xanımına öz minnətdarlıqlarını bildirirlər".

Xatırladaq ki, Prezident İlham Əliyev Ağsuya səfəri zamanı şəhərin Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni üçotaqlı evdə görülən işlərlə tanış olub. Həmin vaxt H.Zamanova nəvəsi Murad Zamanovun gözlərinin əməliyyata ehtiyacı olduğunu bildirib. Dövlət başçısı isə bununla bağlı Heydər Əliyev Fonduna göstəriş verəcəyini demişdi: "Siz narahat olmayın. Lazım olarsa, biz onu xaricə də göndərərik".

Famil Fərhadoğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR