Slimfit
  1. MEDİA

Könüllülük mövzusunda Parlament Debatları həyata keçirilir

Könüllülük mövzusunda Parlament Debatları həyata keçirilir
Sakura

Könüllülük mövzusunda Parlament Debatları həyata keçirilir

“Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə “Parlamentdə Könüllülük” Debat Forumu həyata keçirilir.

Layihənin məqsədi gənclərin natiqlik, araşdırma və auditoriya qarşısında sərbəst çıxış etmək bacarıqlarının inkişaf etdirilməsi, parlament debatı formatının öyrənilməsi, könüllülük haqqında məlumatlarının artırılması və gənclər tərəfindən bu istiqamətdə qanun layihəsi təkliflərinin hazırlanmasına şərait yaratmaqdır. 

Layihədə 70-dən çox gəncin iştirakı nəzərdə tutulub. Debat forum çərçivəsində 25 noyabr – 10 dekabr tarixlərində “ZOOM” platforması üzərindən onlayn şəkildə təlimlər, məlumatlandırıcı görüşlər, debat turniri baş tutacaq. Fərqlənən iştirakçılar sertifikat, medal ilə təltif olunacaq və hədiyyələr əldə edəcək.

Layihənin tərəfdaşları gənclər üçün müxtəlif imkanları özündə cəmləşdirən "GəncApp" mobil tətbiqi və gənclər arasında intellektual debat ənənələrini inkişaf etdirən Milli Debat Proqramıdır.

Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən Azərbaycanda ilk dəfə olaraq virtual debatlar həyata keçirilib. 3 ayı əhatə edən “I Respublika Virtual Debat Çempionatı”nda 30-dan çox şəhər və rayonu təmsil edən 500-dən çox gənc iştirak edib və aktual mövzularda 100-dən çox debat oyunu baş tutub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR