Slimfit
  1. MEDİA

Könüllülərin “Ətfaf Mühit və MƏN-2” adlı yay məktəbi uğurla yekunlaşdı

Könüllülərin  “Ətfaf Mühit və MƏN-2” adlı yay məktəbi uğurla yekunlaşdı
Sakura

Könüllülərin “Ətfaf Mühit və MƏN-2” adlı yay məktəbi uğurla yekunlaşdı

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Ətraf Mühit və MƏN-2” Könüll Gənclərin Yay Məktəbi layihəsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət Proqramının vəzifələrindən olan -2.1.17-ci bəndi, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsinə həsr olunub. Layihənin icrasında əsas məqsəd könüllü gənclər arasında ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə işləri aparmaqla, onlarda bu istiqamətdə faydalı vərdişlər formalaşdırmaqdır.

Layihə haqqında məlumat verən layihə rəhbəri və birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə layihə 3 mərhələli olmaqla (hazırlıq, icra, hesabatlılıq) 20 iyun-20 sentyabr 2019-cu il tarixlərini əhatə edir. Artıq hazırlıq və icra mərhələsi yekunlaşan layihə çərçivəsində  2019-cu ilin Gənclər Paytaxtı Şamaxı şəhərində 23-28 avqust tarixlərində yay məktəbi keçirildi. 1000 nəfərə yaxın müraciətçi arasından müxtəlif regionları təmsil edən 40 nəfər fəal könüllü yay məktəbində iştirak etdi. Seçimlər zamanı geniş könüllülük təcrübəsinə malik lakin yay məktəblərində, düşərgələrdə və ümumiyyətlə bu səpkidə layihələrdə az iştirak edən və ya heç iştirak etməyən gənclərə üstünlük verildi. Seçimlərin bu yanaşma ilə aparılmasında da əsas məqsəd gənclərə eyni imkanları yaratmaqla, könüllülük fəaliyyətinə daha da motivə etmək və dəyərləndirmək idi. Yay məktəbi müddətində gənclər ətraf mühitin mühafizəsi mövzusunun əhəmiyyəti, onların bu istiqamətdə vəzifə və öhdəlikləri haqqında təqdimatlarda, təlim və qrup işlərində, təmizlik aksiyası, rayon ərazisinə ekskursiyalarda iştirak etdilər. İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə hazırlanmış sənədli film izlədilər. Daha sonra təmsil etdikləri regionlara uyğun qruplara bölünərək, yay məktəbindən sonra da müxtəlif təşəbbüslərin icrası üçün təkliflər hazırladılar. Yekunda gənclərə iştirakçı şəhadətnamələri təqdim edildi.

Layihə gənclər tərəfindən yüksək qiymətləndirildi.

Məlumat üçün bildirək ki, eyniadlı layihə 2014-cü ildə də “Odlar Yurdu” Gənclər İB tərəfindən icra olunub. Bundan sonra da “Ətraf mühit və MƏN” layihəsinin cəmiyyətdə çox önəmli mövzuya həsr olunmasını nəzərə alaraq davamlı həyata keçirilməsi birlik tərəfindən planlaşdırılır.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR