Dərc edildi: Baxış sayı: 1098
Könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var - RƏSMİ
Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var.
Ens.az Trend-ə istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün 4 mindən artıq şəxslər müraciət ediblər. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət