Slimfit
  1. AZƏRBAYCAN

"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyəti öyrənilir

"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyəti öyrənilir
Sakura

"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyəti öyrənilir

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birlikdə həyata keçirdiyi "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyətinin öyrənilməsi məqsədilə görüş keçirilib. 

BU barədə “Report”a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Görüşdə DGK-nın sədrinin müavini Əsgər Abdullayev, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov və həmin idarənin əməkdaşları, "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın Qaradəniz seqmenti üzrə koordinatoru Naida Şamilova, "Ernst&Young" şirkətininin nümayəndəsi Laurenco Plane De Carreto iştirak ediblər.

Ə.Abdullayev 2011-ci ildən həyata keçirilən proqram çərçivəsində Azərbaycan Gömrük Xidmətinin müvafiq avadanlıqlarla təmin olunduğunu, əməkdaşların bu sahədəki biliklərinin artırılması üçün təlimlər keçirildiyini diqqətə çatdırıb və digər tədbirlər barədə məlumat verib.

"Ernst&Young" şirkətininin nümayəndəsi Laurenco Plane De Carreto bildirib ki, məqsəd proqramın təkmilləşdirilməsinə, risklərin müəyyən edilməsinə, daha uğurlu nəticələrin ortaya qoyulmasına nail olmaqdır. Qeyd edilib ki, sonda hesabat hazırlanacaq və ən uğurlu nəticə ölkələr arasında paylaşılacaq.

"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın milli əlaqələndiricisi Fikrət Ələsgərli layihə çərçivəsində yeni əlaqələrin qurulmasını və nəticədə bir sıra hüquqpozma hallarının aradan qaldırılmasını proqramın uğuru kimi qiymətləndirib.

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı layihə çərçivəsində əməkdaşların potensialının gücləndirildiyini, bu sahədə təlimçilərin hazırlandığını diqqətə çatdırıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Qeyd edək ki, görüşdən sonra layihənin həyata keçirildiyi müvafiq gömrük postlarında proqramın icra vəziyyətilə bağlı müşahidələr aparılacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR