Slimfit
  1. SİYASƏT

Konstitusiya Məhkəməsinin hakimi seçkilərlə bağlı daxil olan şikayətlərdən danışdı

Konstitusiya Məhkəməsinin hakimi seçkilərlə bağlı daxil olan şikayətlərdən danışdı
Sakura

Konstitusiya Məhkəməsinin hakimi seçkilərlə bağlı daxil olan şikayətlərdən danışdı

“Milli Məclisə seçkilərlə əlaqədar apellyasiya məhkəmələrindən və Ali Məhkəmədən daxil olan ərizələrə baxılıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze qurumun iclasında bildirib. 

Onun sözlərinə görə, ərizələr Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhərləri və Naxçıvandan daxil olub. 

 

“Bakı Apellyasiya Məhkəməsindən 72 şikayət daxil olub. Onlardan 13 iş aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib. 16 iş üzrə iddia mümkün sayılmayıb. 41 iş üzrə iddia əsassız olduğu üçün təmin edilməyib”, - deyə o məlumat verib. 

Hakim qeyd edib ki, Sumqayıt Apellyasiya Məhkəməsində Mərkəzi Seçki Komissiyasının qərarı ilə 20 işə baxılıb. 

“12 iş üzrə iddia təmin edilməyib. Yeddi iş üzrə iddia aidiyyəti üzrə göndərilib”. 

Onun sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsinin qərarları ilə 18 inzibati işə baxılıb. 

“Onlardan 15 iş üzrə iddia təmin edilməyib. Dörd iş isə aidiyyəti üzrə göndərilib. Şirvan Apellyasiya Məhkəməsindən isə 24 ərizə daxil olub, onlardan 16 iddia təmin olunmayıb. Dörd ərizə isə mümkün sayılmayıb, bir ərizə isə aidiyyəti üzrə göndərilib”, - deyə o əlavə edib. 

O qeyd edib ki, prokurorluq orqanlarından seçki hüquqlarının pozulması ilə bağlı 67 müraciət daxil olub. 

“Daxil olan bütün müraciətlər araşdırılıb. Dairə seçki komissiyalarının protokollarının yekunlarına təsir edən hal aşkarlanmayıb”, - deyə o bildirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR