Slimfit
  1. AZƏRBAYCAN

Konfetlərin dadına baxmaq qadağan olundu

Konfetlərin dadına baxmaq qadağan olundu
Sakura

Konfetlərin dadına baxmaq qadağan olundu

Bakıda fəaliyyət göstərən əksər supermarketlərin şirniyyat bölməsində konfet rəflərinə “Konfetlərin dadına baxmamağınızı xahiş edirik” məzmunlu qadağa elanları yapışdırılıb.

Axar.az xəbər verir ki, bu barədə danışan ekspert Azər Allahverənov marketin belə elan paylaşmaqla udmuş, yoxsa uduzmuş olduğunun bilinmədiyini deyib.

“Nəzəri cəhətdən təxmin etsək ki gün ərzində konfetin dadına 300 nəfər baxır, bu da aşağı-yuxarı 3 kq (yəni orta hesabla 30 manat) deməkdir. Amma bu 300 nəfərin 1/3 hissəsi konfet alarsa, bu, təxminən 1000 manatlıq (100 nəfər 10 manata) dövriyyə və ən azı 200 manatlıq gəlir deməkdir. Bu gəlirin qarşılığında indi də 30 manat olmasın (yəni gəlir 170 manat olacaq). Halbuki konfetin dadına baxanlar olarsa, dövriyyənin artacağı da şübhəsizdir”.

Mövzunu şərh edən marketinq üzrə mütəxəssis İsmayıl Abbas bildirib ki, bu gün konfet almayanlar kifayət qədər çox olduğu üçün hər müştərinin bir konfet ağzına atması market üçün böyük itkidir:

“Dənəsi 1 manatdan yuxarı olan konfetlər də var. Hələ nəzərə almaq lazımdır ki, uşaqları ilə gəlib uşağına da bir konfet verən valideynlər də var. Bu elan dəymiş zərərin riskini azaltmaq üçün yalnız kilosu 30 manatdan yuxarı olan konfetlərə vurulmalıdır. Əgər kilosu 6-7 manatlıqlıq konfetlərə bu yazı qoyulubsa, birbaşa işçinin, şöbə müdirinin günahı ola bilər.

 

Düzdür, potensial müştəri olsa, gəlir arta bilər. Lakin bu potensial müştərilər konfet alanların hardasa 2-3 faizini təşkil edir. Çünki kilosu 30, 40, hətta 64 manata olan şokoladlar da var. Ancaq adətən marketlərdə konfetlərin üzərinə vurulan bu yazı 95 faiz müştərilər üçün nəzərdə tutulub. Yəni almaq fikri olmayıb, sadəcə dadına baxmaq istəyənlər üçün”.

Bir çox müştəri isə təklif edir ki, supermarketlər satışı artırmaq üçün ayrıca stend qoyub dadım təklif edə də bilər. Bu da hətta almaq fikri olmayanların da konfet almağına səbəb ola bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR