Kondisioner olmayan yerlər üçün sadə ixtira
İsti havada kondisionersiz keçinmək çox çətindir. Lakin bəzi yerlərdə kondisioner olmaya bilər (iş yeri, bağ evi, kənd yerləri və s.).
Belə şəraitdə istidən xilas olunmaq üçün adi ucuz ventilyator və su butulkalarından "mini-kondisioner" düzəldə bilərsiniz. Bu "ixtira" İnternetdə çox geniş təqdim olunub və şərhlərdən anlamaq olur ki, həqiqətən effekt verir.
Saglamolun. az sizə "kondisioner"in hazırlanma qaydasını təqdim edir.
1 və ya 2 l-lik butulkalara su tökün və buzxanaya qoyun (4 butulka lazım olacaq). Su donanda butulkaları hər hansı bir qutunun içinə qoyub (şəkildəki kimi) ventilyatorun qarşısında yerləşdirin. Ventilyator qoşulanda hava soyuq butulkaların arasında keçəndə soyuyacaq və otağın havası sərinlənəcək.
Buz əriyəndə butulkaları buzxanada olanlarla əvəz edin, əriyənləri isə yenidən dondurun.
İstəyinizə görə butulkaların sayını artıra da bilərsiniz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət