Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kompüter qarşısında çox oturmaq gözün nəmliyini qurudur

Kompüter qarşısında çox oturmaq gözün nəmliyini qurudur
Sakura

Kompüter qarşısında çox oturmaq gözün nəmliyini qurudur

Göz ən mühüm və eyni zamanda ən incə duyğu orqanlarından biridir və insan həyatında çox mühüm rol oynayır. Göz vasitəsilə ətrafda cərəyan edən hadisələri görür, rənglərin çalarlarını seçir, həyatın gözəlliklərini duyuruq. Ona görə də onların gigiyenasına düzgün əməl edilməsi vacib şərtlərdən biridir.

Ens.Az bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin baş oftalmoloqu Sevda Bəşirova AZƏRTAC-a deyib: "Ətraf mühitdən informasiyanın 90 faizi göz vasitəsilə alınır. Gözlərinin hər birinin çəkisi 10-13 qram arasında olsa da, onun funksiyaları kifayət qədər çoxdur. Göz elə orqandır ki, onun daim qidalanmağa ehtiyacı var. İlk növbədə gün ərzində 1 saat təmiz havada gəzmək buynuz qişa, beyin və göz dibi üçün çox faydalıdır.

Kompüter qarşısında uzun müddət oturanda göz yorğunluğu daha çox müşahidə olunur. Bu zaman şüalar gözün nəmliyini qurudur və göynəmələr əmələ gəlir. Bunun üçün hər 45 dəqiqədən bir kompüterdən uzaqlaşıb 15 dəqiqə hava almaq lazımdır. Belə şəraitdə çalışanlar tez-tez apteklərdə satılan təbii göz yaşı damcılarından istifadə etməlidirlər".

"Ən ideal göz masajı hansısa əşyanı 30 santimetrlikdə tutub mümkün olduğu qədər yaxın və uzağa baxmaq lazımdır. Bunu etmək gözdaxili əzələləri yığır və boşaldır, fokusu yaxşılaşdırır. Normal halda bir göz dəqiqədə 16-18 dəfə qırpılmalıdır. Kompüter arxasında olanda o qədər ona aludə oluruq ki, gözü qırpmağı unuduruq və bu, dəqiqədə, məsələn 10 dəfəyə düşürsə, bu proses saatlarla, günlərlə davam edəndə quru göz sindromunun yaranmasına səbəb olur", - deyə həkim-oftalmoloq bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR