Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kompüter monitoru görmə itiliyinin itirilməsinə səbəb olur

Kompüter monitoru görmə itiliyinin itirilməsinə səbəb olur
Sakura

Kompüter monitoru arxasında saatlarla oturmaq müəyyən fəsadlara səbəb olur

Kompüter monitoru arxasında saatlarla oturmaq müəyyən fəsadlara səbəb olur.

AZƏRTAC xəbər verir ki, oftalmoloqlar quru göz sindromu, qıcıqlanma hissi, eləcə də bir sıra digər göz xəstəliklərinin yaranmasını bununla əlaqələndirirlər.

Alimlər müəyyən ediblər ki, göz üçün ekran şriftinin ən optimal ölçüsü 10-12 olmalıdır. İnsan gözü daha çox uzağa baxmağa, əşyaları işığın əks olunması şəraitində görməyə uyğunlaşıb. Kompüter monitoru işığı əks etdirmədiyindən zamanla gözün görmə itiliyinin itirilməsinə səbəb olur.

Kompüter monitorlarının bütün növləri, hətta maye kristallı olanlar da gözlər üçün çox zərərlidir. Bu, əslində istifadəçinin kompüter monitoru arxasında gözlərin daha az qırpılmasından qaynaqlanır. Görüntülərin detallarını yaxşı görmək üçün gözləri qırpmaq vacibdir. Lakin gözlər nə qədər çox qıyılırsa, bir o qədər az qırpılır. Göz maksimal gərginliyə çatdıqda isə qırpma tezliyi dörd dəfə azalır. Qırpma nəticəsində gözlər kifayət qədər nəmlənmir, nəticədə diskomfort, quruluq və qıcıqlanma hiss olunur. Ona görə də həkimlər kompüter arxasında işləyənlərə gözlərini tez-tez qırpmağı və süni göz damcıları preparatlarından istifadə etməyi məsləhət görürlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR