Slimfit
  1. TEXNOLOGİYA

Kompüter arxasında iş zamanı qaməti düzəltməyə kömək edən sayt yaradılıb

Kompüter arxasında iş zamanı qaməti düzəltməyə kömək edən sayt yaradılıb
Sakura

Kompüter arxasında iş zamanı qaməti düzəltməyə kömək edən sayt yaradılıb

İnformasiya texnologiyaların həyatımızın bir parçasına çevrildiyi bir vaxtda onların insana vurduğu zərər də danılmazdır. Kompüter istifadəçiləri müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər.     

Bu baxımdan rusiyalı Olesya Çernyavskaya tərəfindən təqdim olunan yeni sayt öz qamətinə görə narahat olan və kompüter arxasında çox vaxt keçirən insanlara kömək edəcək.

TED.az xarici mediaya istinadən xəbər verir ki, Olesya Çernyavskaya şəbəkədə veb-kamera ilə birlikdə işləyən səhifə yaradıb. Obyektiv kompüter arxasında insanın vəziyyətini qeydə alır və o, düz oturmadıqda bütün səhifə bulanıq görünür. Kamera reaksiya verir və istifadəçinin qaməti düzəldikdə saytın aydınlığı geri qayıdır.

 

Olesya saytın necə işlədiyini Tvitterdə göstərib. Yeni sayt istifadəçilər tərəfindən bəyənilib. Əksəriyyət qıza layihəni inkişaf etdirməyi və böyük şirkətlərlə işləməyi məsləhət görüblər. Lakin Olesya bunun məhsul deyil, hobbi olduğunu qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR