Slimfit
  1. AZƏRBAYCAN

“Kommersant”: Qarabağ məsələsində hərəkətlər var

“Kommersant”: Qarabağ məsələsində hərəkətlər var
Sakura

Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağla bağlı məqalə dərc edib

Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağla bağlı məqalə dərc edib. 

Oxu.Az-ın məlumatına görə, materialda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Minsk qrupunun həmsədrlərinin Cənubi Qafqaza səfərindən danışılır. 

Onlar Yerevan və Xankəndində olublar, bu gün isə Bakıya gəliblər. 

Qeyd edilib ki, səfər Yerevan tərəfinin Qarabağ separatçılarının nümayəndələrini sülh danışıqlarına cəlb etmək çağırışı fonunda həyata keçirilir. 

Nəşrin məlumatına əsasən, Qarabağ nizamlanmasında irəliləyişin olmamasına baxmayaraq, beynəlxalq vasitəçilər danışıqlar prosesini ölü nöqtədən tərpətmək cəhdlərini davam etdirirlər.

“Erməni rəhbərliyinin sərt bəyanatlarını və Vaşinqtonla Yerevan arasında anlaşılmazlığı nəzərə alaraq, Con Boltonu Yerevanda əvəz edən ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik - “yanğın komandası” rolunu oynamağa məcbur olublar. Onlar diplomatik münaqişənin gərginləşməsinin qarşısını almağa və Qarabağ probleminin həllində irəliləyişə nail olmasına çalışırlar”, - müəllif bildirib. 

Həmçinin məqalədə deyilir ki, həmsədrlər Bakı tərəfindən “separatçılar” adlandırılmış Qarabağ nümayəndələrinin danışıqlarda iştirakı məsələsindən uzaqlaşıblar. 

“Qarabağ danışıqlarında formatın dəyişdirilməsi təklifini qəbul etməyən ATƏT-in Minsk qrupunun həmsədrlərinin yeni səfəri növbəti dəfə göstərdi ki, bu beynəlxalq mexanizm boşuna işləməkdə davam edir”, - bu fikirləri “Kommersant”a açıqlamasında “Sivilizasiya dialoqu” Araşdırmalar İnstitutunun rəhbəri Aleksey Malaşenko deyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR