Slimfit
  1. AZƏRBAYCAN

Komitə sədrindən irad: Qadınların başına gələnlər hansısa saytlarda şou kimi təqdim edilir

Komitə sədrindən irad: Qadınların başına gələnlər hansısa saytlarda şou kimi təqdim edilir
Sakura

Komitə sədrindən irad: Qadınların başına gələnlər hansısa saytlarda şou kimi təqdim edilir

 

Qadınların başına gələn hadisələr hansısa saytlarda şou kimi təqdim edilir. Buna bir az hörmətlə yanaşılmalıdır.

Trend-in məlumatına görə, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində Bakıda keçirilən “Gender bərabərliyi və media" adlı konfransda çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, bu kimi məsələlərdə qadınların və uşaqların hüquqları qorunmalıdır: "Bəzən məişət zorakılığına məruz qalan qadın və uşaqlar haqqında yayılan informasiyalar onların gələcək həyatı üçün də müəyyən problemlər yaradır. Nəzərə alınmalıdır ki, onların da yaşamaq hüququ var və bu hüquqa hörmətlə yanaşılmalıdır. Jurnalistlər bu kimi məsələlərə diqqət yetirməlidirlər".

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR