Slimfit
  1. CƏMİYYƏT

Komitə sədri: 'Vətəndaşların sosial yardım almaq imkanları genişləndirilir'

Komitə sədri: 'Vətəndaşların sosial yardım almaq imkanları genişləndirilir'
Sakura

Komitə sədri: 'Vətəndaşların sosial yardım almaq imkanları genişləndirilir'

“Azərbaycanda vətəndaşların ünvanlı sosial yardım almaq imkanları genişləndirilir. Bununla bağlı “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna bir neçə dəyişiklik edilir”.

Ens.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, qanuna ediləcək dəyişikliklə ünvanlı sosial yardım daha çox insanı əhatə edəcək:

“Qanuna təklif olunan digər bir dəyişikliklə isə ünvanlı sosial yardım alanların uçotlarının və düzgün informasiyaların vaxtında verilməsi təmin ediləcək. Başqa bir dəyişikliyin də mahiyyəti ünvanlı sosial yardımın təyin olunmasının 2 ildən 1 ilə endirilməsidir. Burada əsas məqsəd ələbaxımlılıq psixologiyasının yaranmaması və aztəminatlı ailələrdən olan insanların məşğulluğunun təmin edilməsi yolu ilə dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçilməsindən ibarətdir”.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah - mayın 12-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR