Slimfit
  1. AZƏRBAYCAN

Komitə sədri Sahil qəsəbəsində məcburi köçkünlərlə görüşdü

Komitə sədri Sahil qəsəbəsində məcburi köçkünlərlə görüşdü
Sakura

Komitə sədri Sahil qəsəbəsində məcburi köçkünlərlə görüşdü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Qaradağ rayonunun Sahil qəsəbəsində bir neçə müvəqqəti məskunlaşma yerində ağır şəraitdə yaşayan məcburi köçkünlərlə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində Qarabağ müharibəsindən əziyyət çəkən həmvətənlərimizin problemlərinin həlli prioritet istiqamətlərdəndir. Bu baxımdan, uzun müddət ağır şəraitdə yaşamaq məcburiyyətində qalan köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu məsələ ilə bağlı ötən il keçirdiyi müşavirədə verilmiş tapşırıqların icrası nəticəsində son vaxtlar yüzlərlə məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Hazırda Bakıda, Sumqayıtda və Abşeron rayonu ərazisində məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa olunur.

Komitə sədri görüş iştirakçılarının müraciətlərini diqqətlə dinləyib, müraciət edilən məsələlərlə bağlı geniş izahat verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR