Slimfit
  1. AZƏRBAYCAN

Komitə sədri: Qadınların peşə təhsilinin gücləndirilməsi aktualdır

Komitə sədri: Qadınların peşə təhsilinin gücləndirilməsi aktualdır
Sakura

Komitə sədri: Qadınların peşə təhsilinin gücləndirilməsi aktualdır

Bu il sosial siyasətin tərkib hissəsi kimi ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi üçün daha güclü mexanizmlərin yaradılması sahəsində mühüm işlər görülüb.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin yekunlarına həsr olunan kollegiya iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci il Azərbaycan üçün çox əlamətdar hadisələrlə zəngindir. Bütün sahələrdə dinamik inkişaf təmin edilib və bu proses davam etməkdədir.

H.Hüseynova qeyd edib ki, qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması çox vacibdir.

Onun sözlərinə görə, qadının iqtisadi cəhətdən güclü olması onun zorakılığa məruzqalma riskini azaldır: "Ölkədə ömür uzunluğunun artması əməkqabiliyyətli yaşda olan insanlar üçün müəyyən çətinliklər yarada bilər. Bunlardan ən başlıcası əhalinin ömür boyu təhsil almaq və yeni peşəyə sahib olmasıdır. Strateji Yol Xəritəsi də insanların özünü reallaşdırması üçün imkanların genişləndirilməsini nəzərdə tutur. Buna görə də əhalinin, əsasən də qadınların peşə təhsilinin gücləndirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması aktualdır".

H.Hüseynova bildirib ki, qadınların peşə hazırlığı kurslarına cəlb olunması, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var: "Artıq bizdə belə bir təcrübə var ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda və onlara stimul verdikdə çox müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün fəaliyyət göstərən Qadın Resurs Mərkəzləri eyni zamanda, 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzləri buna əyani misaldır. Yeri gəlmişkən qeyd edim ki, bu il biz Resurs Mərkəzlərinin sayını 8-ə çatdırmışıq. Bu Mərkəzlər Qusar, Zaqatala rayonları və Bakının Xəzər rayonlarında yaradılıb. Regional Mərkəzlərin fəaliyyəti gündən-günə genişlənir və yerli əhali real nəticələri görür. İl ərzində Mərkəzlərin fəaliyyətindən 20 748 vətəndaş bəhrələnib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR