Slimfit
  1. CƏMİYYƏT

Komitə sədri kişilərə şiddətdən danışdı: “Deyirdi ki, onu arvadından xilas etsinlər”

Komitə sədri kişilərə şiddətdən danışdı: “Deyirdi ki, onu arvadından xilas etsinlər”
Sakura

Komitə sədri kişilərə şiddətdən danışdı: “Deyirdi ki, onu arvadından xilas etsinlər”

Arvadları tərəfindən kişinin döyülməsi ilə bağlı mənə 14 ildə iki dəfə müraciət edilib. 

Oxu.Az-ın məlumatına görə, bunu YAP-ın İcra Katibliyində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib. 

Onun sözlərinə görə, birinci halda 85 yaşlı kişi 82 yaşlı həyat yoldaşı tərəfindən incidilməsi ilə bağlı müraciət etmişdi:

“Deyirdi ki, onu arvadından xilas etsinlər. Sonra məsələ araşdırıldı və uşaqları da gəldi. Kişidə alzheimer xəstəliyinin ilkin əlamətləri üzə çıxır. İkinci halla təcridxanalarda olarkən rastlaşdım. Cavan və çox gözəl qadın idi, nə üçün burada olduğunu soruşdum. Dedilər ki, həyat yoldaşının başını kəsib.

Araşdırdıq ki, kişi narkoman olub, içirdi, evə gəlib uşaqlara, xanıma qarşı yalnız zorakılıq deyil, başqa əməllər də edirdi. İndi qadın nə hala gəlib ki, kişi yatan vaxt başını kəsib. Düzdür, bu halı müdafiə etmirik. Amma o ailədə artıq uşaqlar tək qaldı. Niyə vaxtında ailəyə kömək edilməyib, dəstək verilməyib ki, bu hadisəyə gəlib çıxılıb?!” 

H.Hüseynova qeyd edib ki, Azərbaycanda qadınların kişiləri döyməsi ilə bağlı çoxlu cinayət işinin açılması halı mövcud deyil.

İlhamə Əbülfət

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR