Slimfit
  1. SİYASƏT

Komitə sədri, icra başçısı üçün vaxt daralır - SƏBƏB

Komitə sədri, icra başçısı üçün vaxt daralır - SƏBƏB
Sakura

Komitə sədri, icra başçısı üçün vaxt daralır - SƏBƏB

Konstitusiya Məhkəməsi Plenumunun  fevralın 9-da Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiqlənməsi üzrə iclası martın 5-də keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, nəticələr təsdiqləndikdən sonra yeni seçilmiş deputatların qeydə alınması prosesi başlayır.

Bu proses Seçki Məcəlləsinin 173-cü maddəsi ilə tənzimlənir.

Belə ki, dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir.

Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçirilmiş növbədənkənar seçkilərdə lider namizəd statusu qazanmış bəzi şəxslər mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləridir.

Milli Məclisə deputat seçilənlərdən bir nəfəri mərkəzi icra hakimiyyəti orqanının, digəri isə yerli icra hakimiyyəti orqanının başçısıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 41 saylı Sumqayıt Birinci Seçki Dairəsinin lider namizədidir.

123 saylı Kəlbəcər Seçki Dairəsinin favoriti Aqil Məmmədov isə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısıdır.

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsinin lider namizədidir.

2015-ci ilin noyabrında 5-ci çağırış Milli Məclisə seçkilərdən sonra Prezident İlham Əliyevin sərəncamı ilə deputat mandatı qazanan rektorlar vəzifələrindən azad edilmişdi.

Konstitusiyanın 85-ci maddəsinə əsasən, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən şəxslər deputat seçilə bilməzlər.

Əgər hakimiyyətin icraedici və məhkəmə qanadını təmsil edən şəxslər deputatlığa namizədliyini irəli sürürsə və deputat seçilirsə bu zaman vəzifələri ilə vidalaşmalıdırlar.

Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə uyğunlaşmayan vəzifədən azad olunduqları barədə əmrin surətini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edirlər.

Onlar bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini də verməlidirlər.

Həmin namizədlər fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni də Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə MSK onu deputat kimi qeydə alır.

Aqşin Kərimov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR