Slimfit
  1. AZƏRBAYCAN

Komitə sədri: Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb

Komitə sədri: Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb
Sakura

Komitə sədri: Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb

Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda İslama qarşı qərəzli mövqeyi bu ərazidə İslama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakıda keçirilən “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunda deyib.

Onun sözlərinə görə, İslam Qafqazda yayıldığı dövrdə İrəvanda xanlığında (hazırkı Ermənistan ərazisi) da məscidlər olub. Hesablamalara əsasən, Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb.

M.Qurbanlı əlavə edib ki, sovet dövründə dinə qarşı olan təzyiqlər bu sahədə bir boşluq yaratmışdı, islami dəyərlər, dinlə bağlı fikirlər arxa planda idi:

"Qafqazda İslam sivilizasiyasının yayılmasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus rolu olub. Lakin bu proses yalnız müstəqillik illərindən sonra geniş həyata keçirilməyə başlanılıb. Azərbaycan müstəqilliyini yeni əldə edəndə ölkədə yalnız 17 məscid fəaliyyət göstərirdi. İndi isə Azərbaycanda 2500-dən çox məscid var".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR