Slimfit
  1. SİYASƏT

Komitə sədri: "Azərbaycan büdcəsi barədə kifayət qədər məlumat dərc edən ölkə olub"

Komitə sədri: "Azərbaycan büdcəsi barədə kifayət qədər məlumat dərc edən ölkə olub"
Sakura

Komitə sədri: "Azərbaycan büdcəsi barədə kifayət qədər məlumat dərc edən ölkə olub"

Azərbaycan dövlət büdcəsi barədə kifayət qədər məlumat dərc edən ən qabaqcıl ölkələr qrupuna daxil olub.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında - "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Beynəlxalq Büdcə Əməkdaşlığı" (International Budget Partnership (IBP) təşkilatı hər 2 ildən bir "Açıq Büdcə İndeksi" (ABİ) tərtib edir. Burada büdcə proseslərinin şəffaflığı və büdcə məlumatlarının ictimaiyyət üçün əlçatanlığının səviyyəri qiymətləndirilir. Dünən açıqlanmış 2023-cü il üzrə hesabatda Azərbaycan ilk dəfə olaraq mümkün 100 baldan 67 ballıq nəticə alaraq 125 ölkə arasında 21 pillə irəliləyərək 23-cü yer tutub, büdcə barədə kifayət qədər məlumat dərc edən ən qabaqcıl ölkələr qrupuna daxil olub. Milli Məclisin, Maliyyə Nazirliyinin və Hesablama Palatasının ictimaiyyət üçün açıq olan birgə müzakirələri, rəsmi saytlarda, digər mühüm büdcə sənədlərində vaxtında dərc olunan məlumatlar Azərbaycanın bu göstəricilər üzrə ciddi irəliləyişində mühüm rol oynayıb", - deyə o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR