Slimfit
  1. İDMAN

Komanda yoldaşı ilə dalaşan tanınmış futbolçu İngiltərə millisinin oyunundan kənarlaşdırılıb

Komanda yoldaşı ilə dalaşan tanınmış futbolçu İngiltərə millisinin oyunundan kənarlaşdırılıb
Sakura

Komanda yoldaşı ilə dalaşan tanınmış futbolçu İngiltərə millisinin oyunundan kənarlaşdırılıb

İngiltərə millisinin futbolçusu Rahim Sterlinq AVRO-2020-nin seçmə mərhələsində Montoneqro ilə keçiriləcək oyunun iştirakçıları sırasından kənarlaşdırılıb.

Report” “The Guardian”a istinadən xəbər verir ki, səbər 25 yaşlı hücumçunun yığmadakı komanda yoldaşı Co Qomeslə dalaşmasıdır. “Mançester Siti”nin heyətində İngiltərə Premyer Liqasının ötən turunda “Liverpul”a səfərdə 1:3 hesabı ilə uduzduqları görüşdə 22 yaşı müdafiəçi ilə mübahisə edən Sterlinq bunu yığmanın düşərgəsində də davam etdirib.

O, əlbəyaxa olduğu Qomesin boğazından tutub. Nəticədə baş məşqçi Qaret Sautqeyt Sterlinqi yığmadan kənarlaşdırıb. Lakin futbolçunun adı Monteneqro ilə qarşılaşmanın rəsmi iştirak ərizəsində saxlanılacaq.

Sautgeyt qərarı bütün komandanın razılığı ilə qəbul etdiyini bildirib. 

Qeyd edək ki, İngiltərə millisi noybarın 14-də Montoneqronu qəbul edəcəyi halda, 3 gün sonra Kosovonun qonağı olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR