Dərc edildi: Baxış sayı: 250
Kolomina və Paşinyan Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Cənubi Qafqazdakı vəziyyəti, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı son prosesləri və sülh sazişinin imzalanması məsələsini müzakirə ediblər.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidmətinin məlumatında bildirilib.
Tərəflər, həmçinin Ermənistan-NATO əməkdaşlığı, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət