Dərc edildi: Baxış sayı: 421
Kollina erməni uşağı qanunsuz yolla övladlığa götürüb
Dünyaca məşhur italyan futbol hakimi Perluici Kollina kobud qanun pozuntularına yol verməklə Ermənistandan uşaq övladlığa götürüb.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.
Nəş xatırladıb ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti 14 noyabr tarixində çoxsaylı erməni uşağın ölkə qanunvericiliyinin pozulması ilə övladlığa götürülmə hallarını ifşa edən hesabat yayıb. Araşdırma zamanı onların arasında məşhur futbol hakimi Perluici Kollinanın da olduğu üzə çıxıb. Məlum olub ki, qanunsuz olaraq övladlığa uşaq götürənlərdən biri də məhz odur.
Qeyd edək ki, 2016-2018-ci illərdə bir sıra doğum evlərində analara uşaqlarının ağır xəstə olması və digər yalanlar deyilərək övladlarını tərk etmələri üçün təzyiqlər göstərilib.
Milli Təhlkəsizlik Bürosunun sabiq direktoru Artur Vanetsyan əmək və sosial məsələlər naziri Zarui Batoyanın işin açılmasında ona kömək etdiyini deyib. Batoyan həbs olunanlar arasında nazirlik işçilərinin olmadığını söyləyib.
Pərvanə Sultanova

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət