Slimfit
  1. MARAQLI

Kolbasa "partlayışları"nın nə qədər tez-tez baş verir?

Kolbasa "partlayışları"nın nə qədər tez-tez baş verir?
Sakura

Texnoloq kolbasa "partlayışları"nın nə qədər tez-tez baş verdiyini və buna qarşı mübarizədən danışıb

Ens.az xəbər verir ki, Rusiyanın Tula şəhərində "partlayıcı" kolbasanın yerli sakinin süfrəsində peyda olması internetdə coşğun şəkildə müzakirə olunur. Texnoloq Boris Ryabinkin, məhsulun belə hala gəlməsi və bunda kimin günahkar olduğu barədə danışıb.

Mütəxəssisin fikrincə, kolbasa düzgün olmayan saxlama səbəbindən həqiqətən partlaya bilər, lakin bu çox nadir hallarda baş verir. "Bu, o halda baş verə bilər ki, kolbasa polimer qabığında və isti yerdə saxlanılsın".

Ryabkin bildirib ki, belə hallarda məhsulun daxilində dəyişmə baş verir, qıcqırma effekti yaranır və belədə, kimsə kolbasada kiçik bir deşik açsa və ya vursa, o partlayacaq .

O əlavə edib ki, belə bir məhsul yeyilə bilməz, əks halda zəhərlənə bilərsiniz.

Texnoloq, həmçinin "partlayışın" günahının kolbasa istehsalçısında deyil, məhsulu düzgün qaydada saxlamayan satıcı və ya hətta istehlakçının olduğunu söyləyib. Həqiqətən kimin günahkar olduğunu başa düşmək üçün məhsulun nə vaxt alındığını yoxlamaq və partlayışın nə vaxt baş verdiyi ilə müqayisə etmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR