Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Kökəlmək istəyənlərin NƏZƏRİNƏ

Kökəlmək istəyənlərin NƏZƏRİNƏ
Sakura

Kökəlmək istəyənlərin NƏZƏRİNƏ

Əziz xanımlar, içimizdə artıq çəkidən qurtulmaq istəyənlər kimi çəkisini artırmaq istəyənlər də var. 

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, artıq çəki bir çoxlarında xroniki xəstəliklərə tutulma riskini artırdığı kimi arıq olmaq da sağlamlıq problemlərindən biridir. Saçların tökülməsi, dərinin quruluğu, halsızlıq, depressiya, qadınlarda menstruasiya problemləri ən çox rast gəlinən şikayətlərdəndir.

Əgər bədəndəki yağ dərəcəsi qadınlarda 9-10 %-dən, kişilərdə 7-8%-dən azdırsa, bu, zəif yağlılıq kimi dəyərləndirilir. Yağ dərəcəsi bu dəyərlərdən daha da aşağıdırsa, əvvəlcə bunun səbəbləri müəyyən edilməlidir. Səbəblər bunlar ola bilər:

* Aldığınız kalori verdiyiniz kaloridən azdır;

* Endokrin sistemi ilə əlaqədar narahatlığınız var;

* Bəzi mineral çatışmazlıqları ola bilər;

* Nəcizdə parazitlər vardır.

Əgər hər hansı sağlamlıq probleminiz yoxdursa, kökəlmək üçün yemək vərdişlərinizi dəyişməlisiniz. Kökəlmək üçün fərqli məkanlarda ayaqüstü, bol kalorili yeməklər yeməyiniz, əlbəttə, yaxşı üsul deyil. Bu yeməklərdəki yağ və şəkər nisbəti olduqca yüksəkdir və kökəlmək istədiyiniz halda sağlamlıq problemləri də yarana bilər.

Kökəlmək üçün aldığınız kalori miqdarını hər gün bir az artırmalısınız, amma bunu sağlam qidaların miqdarını artıraraq etməlisiniz:

* Yediyiniz yeməklərin karbohidrat, zülal və yağ nisbətləri balanslı olmalıdır, hər qidanı kifayət qədər yeməlisiniz.

* Gündə 3 pay yerinə, 6 pay yeyin və yatmazdan əvvəl də yemək yeyin.

* Rasionunuza sağlam yağları əlavə edin, xüsusilə omega-3 ilə zəngin olan balıqdan istifadəni artırın.

* Ara yeməklər üçün meyvə və quru meyvələr, badam, fındıq, qoz yaxşı seçimdir.

* Gün ərzində bir dəfə zülaldan istifadə edin; toyuq, hind toyuğu, qırmızı ət və ya paxlalı bitkilərdən istifadə edə bilərsiniz.

* Yeməklərinizi qızartmaq əvəzinə sobada və ya qazanda bişirin. Məsələn, kartof qızartması sizə sağlam kökəlmək imkanı yaratmır, qaynadıb yemək daha faydalıdır, amma payınızın böyük olması əhəmiyyətlidir.

* Yemək yediyiniz zaman salat yeməkdən qorxmayın, tərkibinə kartof, kök, avakado, qarğıdalı, pendir, çərəzlər qataraq bir az daha kalorisini artıra bilərsiniz.

* Yeməklə yanaşı, çörəkdən istifadəni də artırın və ya plov, makaron yeyin.

*Yeməklərinizə ət suyu, krem və ya süd əlavə edə bilərsiniz.

* Su içməyiniz əhəmiyyətlidir, amma suyu yeməklərlə birlikdə deyil, yeməklərdən yarım saat əvvəl və ya sonra için.

* Turşulu qidalar kalori miqdarınızı artıracaq, amma əsla sağlam bir seçim deyil. Onun yerinə süd, meyvəli süd, meyvə suyu, ayran içməyiniz məsləhətlidir.

* İstifadə etdiyiniz qidaların kalori miqdarı yüksək olmalıdır, amma eyni zamanda qida dəyəri baxımından da sizin ehtiyaclarınıza kifayət etməlidir.

* Nə qədər yemək yesəniz də bəzi xəstəliklər çəki artımına mane ola bilər. Xroniki xəstəliyiniz varsa, əvvəl müalicə almalısınız. Mütləq həkimə müraciət edin, yoxsa sonu pis nəticələnə bilər.

* Unutmayın: kökəlmək arıqlamaqdan daha çətindir. Bir az səbrlə və inadla bacara bilərsiniz.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR