Slimfit
  1. MARAQLI

Koka Kola haqqında 9 fakt

Koka Kola haqqında 9 fakt
Sakura

Coca-Cola haqqında 9 fakt

Dünyada ən məşhur içki haqqında geniş məlumatla tanış olun.

Mən brendləri “Pepsi kola” və “Koka Kola”ya ayırmayacam - bunlar oxşar içkilərdir. Buna görə də, bütün bunları sadəcə “Kola” adlandıraq.

“Kola”nın ixtiaçısı amerikalı əczaçı və oftalmoloq Con Pembertondur. Onu 1885-ci ildə dərman kimi ixtira etdi. İş burasındadır ki, ABŞ-da 19-cu əsrdə bir çoxları morfinə aludə olmuşdular. Sağlamlıq üçün zərər aşkar idi və “Kola”nın köməyi ilə bu asılılıqla mübarizə aparırdılar.

“Kola”nın yaradıcısı Con Pemberton yoxsulluq icərisində öldü.

Müəllifin özü “Kola” ilə qazanmağı bacarmadı - Pemberton ixtiradan üç il sonra 57 yaşında həyatdan köçdü.

İlk “Kola”da alkoqol var idi. Əslində bu koka yarpaqları ilə şərabın qarışığı əsasında hazrıanan içki idi. Amma sonra bir neçə ştatda qanun qəbul edildi və içkinin resepti dəyişdirildi. Koka yarpaqlarına yandırılmış şəkərdən şərbət əlavə etdilər.

“Kola”nın qazlaşdırılması maraqlı hadisə ilə bağlıdır. Satıcıda içkinin əsasını qatmaq üçün heç nə yox idi və oraya adi qazlı su əlavə etdi. Dad alıcıların xoşuna gəldi və o vaxtdan içki qazlı oldu.

“Kola”nın hiper gümrahlandırıcı effekti əvvəllər içkiyə əlavə olunmuş kokain narkotiki ilə bağlı idi.  İnsanlar keçmişdə necə də zəhərlənirdilər! 1929-Cu ildə istehsalçılara bunu qadağan etdilər. O vaxtdan “Kola” gümrahlandırıcı ancaq kofein qalıb.

“Kola"nın satışı üçün ilk aparatlar

İlk il “Kola”nın satşından gəlir 50 dollar oldu. İçkinin ixtirasına isə 70 dollar xərcləndi!

Tarixdən məlum olduğu kimi, ABŞ İkinci Dünya Müharibəsi zamanı və sonra iqtisadiyyatını inkişaf etdirdi. Digər ölkələr bir-birinə təcavüz edəndə, ABŞ vaxtında “köməyə gəlirdi”. Qıt mallar satırdılar, “ucuz” kreditlər verirdilər. “Kola” doğma vətənin yolunu davam etdirdi - məhz İkinci Dünya Müharibəsi zamanı içki bütün dünyada məşhurlaşdı. Tarix aşkardır - “Kola” ABŞ hökumətinə hər bir amerikalı əsgəri cəmi 5 sentə içki ilə təmin etməyi təklif etdi (öz qiymətinə). Sonra praktika müttəfiq qoşunlarına keçdi. Cəmi bir neçə il sonra içkinin istehsalı üzrə zavodlar bütün dünyada tikildi.

“Kola”nın içərisində daha çox sual doğuran ortofosfat turşusudur, bu E338 qida əlavəsidir. Bu aqressiv turşudur, onunla pası təmizləyirlər. Amma mədə onu uğurla “saxlayır”, çünki mədədəki turşu onu neytrallaşdırır.

Kalori ilə ehtiyatlı olun!

“Kola” kifayət qədər kalorili içkidir - 100 qram üçün 42 kkal. Bu o deməkdir ki, bir litrlik butulkada 420 kkal var, bu da adi insanın sutkalıq normasının 20%-i deməkdir. Bu kalorilər də zərərlidir, əsasən tərkibində müasir məhsullarda həddindən artıq olan şəkər var. Son vaxtlar şəkərsiz “Kola” da satışa çıxarılıb. Orada həqiqətən kalori yoxdur, hərçənd şəkər əvəzedicilərinin faydalılığı böyük sual doğurur.

“Kola”ya necə yanaşmağımızdan asılı olmayaraq, o bütün dünyanı əhatə edib. Dünyada saniyədə 8 min stəkan “Kola” içilir. Dünyada bu qazlı içkinin satılmadığı iki ölkə var - Kuba və Şimali Koreya. Səbəb bu ölkələrin ABŞ-la olan siyasi münaqişəsidir.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR