Slimfit
  1. TEXNOLOGİYA

Köhnə smartfonla nə etmək olar?

Köhnə smartfonla nə etmək olar?
Sakura

Köhnə smartfonla nə etmək olar?

Zibilliyə atılan sonra tullantıxanaya düşən köhnə telefon ətraf mühiti çirkləndirir. Köhnə telefon və ya hər hansı bir sənaye məhsulu yenidən emala verilməlidir. Bunun səbəbi cihazın dağılmayan, dözümlü materiallardan hazırlanmasıdır. Bu haqda Müstəqil Ekspertiza Mərkəzinin texniki mütəxəssisi İvan Simonov danışıb.

Ens.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssis tullantıxanaya atılan smartfonun ətraf mühiti çirkləndirəcəyini deyir. Buna görə cihazı təkrar istifadə üçün xüsusi qəbul məntəqəsinə və ya ticarət şəbəkələrinin birinə təhvil vermək lazımdır. "Təbiətə qayğı göstərməkdən əlavə, təkrar istifadənin müsbət tərəfləri də var. İndi bir çox ticarət şəbəkələri təkrar emal üçün işlənmiş avadanlıq qəbul etməyə başlayıb - bir cihaz müqabilində növbəti alışda endirimlər edilir", - deyə ekspert izah edib. Simonov xatırladır ki, telefon batareyasında ətraf mühit üçün zərərli maddələr var. Emal zamanı yenidən istifadə üçün cihazdan qiymətli materiallar çıxardılır və ya komponentlər təkrar emala göndərilir. Onun sözlərinə görə, köhnə cihazları təkrar emala verən insanlar yeni qurğulara can verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR