Dərc edildi: Baxış sayı: 713
"Köhnə qatarlara kondisioner quraşdırmaq mümkün deyil" - 6 qatar xətdən çıxarılır
“Metroda yay qrafikinə keçid tədris mövsümü başa çatanda, fəal istirahət və məzuniyyət dövründə olur. Bu rejim iyun ayının sonu, iyul ayının əvvəlindən tətbiq edilir”.
Bu sözləri Lent.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, artıq 6 yeni qatar və ya 30 vaqon alınacağı elan edilib:
“Yay qrafikində yeni alınacaq və ümumiyyətlə 2015-ci ildən etibarən alınan bütün vaqonlar mütləq şəkildə kondisioner və mikroiqlim şəraiti ilə təmin olunacaq. Bundan başqa 7 yeni güclü ventilyator da stansiya və tunellər üçün alınır. Həmin ventilyatorlardan ikisi artıq Bakıdadır və müvafiq hazırlıq tədbirindən sonra quraşdırılacaq. Daha 5-i isə bu günlərdə Bakıya gətiriləcək”.
B.Məmmədov metroda xəttə buraxılan köhnə qatarlarda olan kondisioner probleminə də toxunub:
“Köhnə qatarlarda kondisioner sisteminin quraşdırılması texniki cəhətdən mümkün deyil. Bunu araşdırmalarımız və istehsalçı müəssisənin verdiyi rəy də təsdiq edir.
Qeyd edim ki, köhnə qatarların istismar müddəti 31 ildir və metroda istismar müddətini başa vuran qatarlar xəttə buraxılmır. Bu il 6 qatar xətdən çıxarılacaq və onların əvəzinə artıq istehsal prosesində olan 6 yeni tipli qatar veriləcək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət