Slimfit
  1. ARAŞDIRMA

Köhnə döşək: sağlamlığa hansı problemlər yarada bilər

Köhnə döşək: sağlamlığa hansı problemlər yarada bilər
Sakura

Ekspertlər döşəyi maksimum səkkiz il istifadə etməyi tövsiyə edirlər

Amerika Milli Yuxu Fondu (National Sleep Foundation) soruşulanların 75 faizində yuxu probleminin olduğunun aşkarlandığı araşdırma aparıb. Respondentlərin 60 faizi üçün bu, iş yerindəki vəzifələrin zəif yerinə yetirilməsinə və tez-tez səhvlərə səbəb olan gündüz yuxusu şəklində özünü göstərib. Tədqiqatçılar, respondentlərdən bəzilərinin səhhətlərinə görə yaxşı yatmadıqlarını, ancaq keyfiyyətsiz və ya çox köhnə döşəklərdən əziyyət çəkənlərin də azlıq təşkil etmədiklərini söyləyirlər.

Böyük Britaniyadan olan sanitar həkimi Liza Ekerli- Britaniya televiziya şirkətlərinin tez-tez qonağı olur, qeyd edir ki, əgər köhnə döşəklərin sahiblərinə yatdıqları yerin mahiyyəti izah edilərsə, dəhşətə gələrlər. Belə ki, britaniyalı alimlər təxminən səkkiz il ərzində istifadə edilmiş döşəklər üzərində araşdırma aparıblar. Onların hamısının mikrob fəallığının "mərkəzləri" olduğu ortaya çıxıb. Belə döşəklərdə qaynaşan bakteriyaların arasında dəri infeksiyalarına, göbələklərə (17 növ) boğucu öskürəyə, bağırsaq çöpü və s səbəb olan qızılı stafilokok tapılmışdır !

Bundan əlavə, kosmetikadan qalan kimyəvi birləşmələr, mikroskopik qida tullantıları, ölü dəri tapılıb ( on ildir istifadə olunan döşəkdə ondan 4 kiloqram tapıldı!). Tədqiqatçılar izah edirlər ki, illər ərzində göbələklərin və kiflərin döşəklərdə yığılması ilə yanaşı toz gənələrindən çıxan nəcislər də toplanır. Bütün bunları insanlar nəfəslərinə alır, bu da ağır öskürəyə gətirib çıxarır və tədricən astmaya çevrilir.

ABŞ-dan olan yuxu məşqçisi Bill Fiş, yuxuda və dolayısı ilə öz döşəklərimizdə həyatımızın üçdə birini keçirdiyimizi xatırladır. Döşək köhnədirsə, sözün əsl mənasında toz gənələri üçün qida mənbəyi olan ölü dərimizin qalıqları və təbii yağlarımızla dolu olur. Köhnə döşəklərdə onlar dərhal ayrılırlar. Tampadakı Florida Ortopediya İnstitutundan Con Ramires, toz gənələrinin ekzema və allergiyası olan insanlar üçün xüsusi  təhlükə yaratdığını əlavə edir. Bunun özünü necə göstərdiyini Harvardda yuxu terapevti və otorinolarinqoloq Noy Siqel izah edir. Onun sözlərinə görə, astma cicadian ritminə malikdir və bir qayda olaraq gecəyə doğru kəskinləşir. Buna köhnə döşəyin "sakinləri" əlavə olunduqda vəziyyəti daha da ağırlaşdırır.

Ohayo Dövlət Universitetinin entomologiya professoru Qlen Nidhem, dişi toz gənəsinin döşəyə girər girməz dərhal yumurtlayacağını və yatağınızın "işğal" prosesinin başladığını izah edib. Döşək nə qədər uzun müddətli istifadə olunarsa, görünməz sakinlərinin əhalisi o qədər çox olur. Doğrudur, professor Nidhem, alergiyası olmayan insanlara yataq gənələrinin çox zərər vermədiyini deyir, əlbəttə o halda ki, döşək vaxtında dəyişdirilsin. Mütəxəssislərin fikrincə, bunlar maksimum 5-7 il istifadə olunmalıdır. Əks təqdirdə döşəkdəki bakteriya və gənə koloniyaları orqanizmə yayılır.

National Sleep Foundation döşəklərdən maksimum səkkiz il istifadə etməyi tövsiyə edir. Ancaq yaxşı vəziyyətdədirsə. Ümumiyyətlə, fondun işçilərinin dediklərinə görə döşək özü xidmət müddətinin bitdiyini "göstərir". Bu, yatarkən yuxu yerinin güclü şəkildə itələməsi və ortaya çıxan bel ağrısı ilə özünü göstərir. Məsələn, terapevt Tod Qoldman, köhnə döşəkdə yatmağın onurğanın vətərləri, bağları və oynaqları üçün zərərli olduğunu izah edir. Dr. Kavita Şarma bu vəziyyətdə qamətin pozulması və nəticədə beldəki ağrıdan danışır. Nəhayət, yaxşı bir otel otağında yatdıqdan və ya dostlarla gecələdikdən sonra yatağınızda bir gecə keçirtməkdən daha yaxşı hiss edirsinizsə, o zaman yataq yerinizin dərhal yenilənməsinə ehtiyac var. Əlbəttə ki, bu, birdən-birə ağırlaşmış allergiya, astma, dermatit ilə də özünü göstərə bilər. 

Bu baxımdan çəki dəyişmə problemini və döşəyin insan orqanizminə təsirini araşdıran kanadalı alimlər, daha yüksək çəkiyə sahib insanların döşəkləri daha tez-tez dəyişdirməli olduqlarını qeyd edirlər, çünki sonuncusu daha tez köhnəlir və daha əvvəl sıxılmağa başlayır. Bundan əlavə, böyük insan yuxu yerində daha çox ölü dəri və tər qoyur ki, bu da yuxu yerində bakteriya, kif və toz gənələrinin çox çəkisi olmayanlara nisbətən daha sürətli yığılmasına kömək edir.

Döşəyi dəyişdirməli olduğunuz qənaətinə gəldikdə, mağazalardakı satıcılarla məsləhətləşməyə tələsməyin. Alimlər deyirlər ki, heç kim sizə məhsullarının obyektiv mənzərəsini verə bilməz. Onlar hər şəxs üçün ayrı-ayrılıqda döşək seçməyi məsləhət görürlər. Kimsə bərk döşəyə ehtiyac duyur, kimin üçünsə sağlam yuxu mənbəyi yumşaq döşəkdir. Mallyorkada yerləşən Kovaç Fondu müxtəlif döşəklər üzərində xüsusi araşdırma aparıb və onların mütəxəssisləri ən bahalı modelləridən yapışmamağı tövsiyə edir. Orta qiymət kateqoriyasındakı təkliflər arasında bir çox yüksək keyfiyyətli mal var, yalnız özünüzə uyğun olanı seçməlisiniz.

Mənbə: umnaja.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR