Slimfit
  1. MARAQLI

Köhnə Bakı sevgisinin səbəbləri...

Köhnə Bakı sevgisinin səbəbləri...
Sakura

Köhnə Bakı sevgisinin səbəbləri...

Paytaxt Bakı son illərdə müasir, Avropa standartlarına uyğun tikililəri, inşa edilən müasir mərkəzləri, parkları ilə seçilməyə başlayıb. Dünyaca məşhur memarların layihələrindən biri olan Heydər Əliyev Mərkəzi, Bakının müasir rəmzinə çevrilmiş “Alov qüllələri” (“Baku Flame Towers), Milli Gimnastika Arenası, “Xalça muzeyi və digər tikililər Bakını füsunkar edir. Eyni zamanda nəinki 30-40 il öncənin, hətta 15 il əvvəlin Bakısı ilə müqayisədə paytaxtda bu gün rahat ictimai nəqliyyat, müasir metro vaqonları, təmiz küçələr, müasir infrastruktur var.

Lakin çoxlu sayda paytaxt sakinləri var ki, köhnə Bakı ilə bağlı kadrlar, foto və videolara baxdıqda köks ötürür, illər öncə olan Bakını arzulayırlar. Halbuki, köhnə illərdə paytaxt Bakıda insanların hətta məişət şəraiti də yaxşı deyildi. Bəs köhnə Bakıya sevginin səbəbi nədir? Niyə əksər, xüsusən də yaşlı  sakinlər daha çox köhnə Bakını arzulayır? Səbəb nostalji hisslər, gənclik illəri ilə bağlı xatirələrdir, yoxsa indiki Bakıdakı sıxlıq və digər məsələlər?

“Mən köhnə Bakıda yaşamışam. Qeyd edim ki, Bakıya 1966-cı ildə, hələ orta məktəbdə oxuyarkən gəlmişəm və köhnə  Bakı yadımdadır. Köhnə Bakıda infrastruktur olmasa da yaşamaq daha rahat idi”. Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirib. Sosioloq fikrini bu cür izah edib:

“Çünki keçmiş illərdə evlər indiki kimi çox hündür deyildi. Qeyd edim ki, hündür evlər hər zaman insanlara psixoloji gərginlik yaradır. Və yaxud  indiki kimi o zaman hündür binalar az qala bir birinin içinə girmirdi. Həyətlər daha böyük və yaşıllıq idi. Sovet dövründə tikilən bütün 5 və 9 mərtəbəli binaların önü park kimi idi. Həm uşaqlar üçün oynamağa, həm də yaşlılar üçün əyləşib söhbət etməyə yerlər var idi. İndi isə bunları görmək mümkün deyil. İnsanların həyətə çıxıb gəzməyə, istirahət etməyə yeri yoxdur. Və yaxud indiki kimi çox deyildi. Hazırda çoxlu tikililər inşa edildiyindən küçələr toz-torpaqlıdır. Keçmişdə insanlar arasında daha gözəl səmimiyyət, dostluq, qarşılıqlı hörmət var idi.

Hündür binaların çox olması o demək deyil ki, şəhər infrastruktur baxımından inkişaf edib. Məsələn, mən Bonn şəhərində olmuşam. O böyüklükdə şəhərdə yalnız bir hündür bina var, o da poçtundur. Və yaxud Vaşinqtonda elə-belə hündür binalar yoxdur.

Beləliklə indiki Bakı mənəvi baxımından da fərqli olub. İndi daha çox səs-küylü, əsəbə təsir edəndir. Ona görə də insanlar köhnə Bakı üçün darıxır, arzulayır”.

Bakıda dünyaya göz açmış yazıçı, teleaparıcı Həmid Herisçi isə yeni Bakını sevməyə çalışdığını bildirdi:

“Çalışıram ki, indiki Bakını sevim, keçmişdə ilişib qalmayım. Keçmişdə Bakı özünəməxsus idi. Düşünürəm ki, onu sökmək lazım deyildi. Məsələn, gürcülər köhnə yerləri sökmür, dəyişmir, əksinə turizm mərkəzinə çevirir və bundan yaxşı pul da qazanırlar. Amma bizdə köhnə binalar sökülür, yenisi tikilir, məncə, bu heç də yaxşı fikir deyil. Turistlər elə dar küçələrə, keçmiş məkanlara təəccüblənirlər. Köhnə Bakı əlbəttə ki, bizim gəncliyimizdir. Lakin yeni Bakı da pis deyil. Bakının havası yaxşıdır. Məsələn, yay zamanı Ankarada nəfəs almaq olmur. Və yaxud Tehranda hava çox quru olur. Məncə elə ən yaxşı hava Bakıdadır. Füsunkar Xəzər və sairə. Niyəsə biz əlimizdəki dəyərləri qiymətləndirə bilmirik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR