Dərc edildi: Baxış sayı: 923
Škoda Auto a.s. HAQQINDA
"Şkoda" (Skoda Automobilova A. S.), avtomobil istehsalı üzrə Çexiya firmasıdır. Qərargahı Mlada-Boleslav şəhərində yerləşir. "Volkswagen" konserninə daxildir.
Şirkətin loqotipi olan "qanadlı ox" ilk dəfə 1926-cı ildə təqdim olunmuşdur, o 1915 və 1920-ci illər arasında cənab Maglie tərəfindın hazırlanmış dairəvi ilgəkli və beş lələkli hindu baş geyimi üslubu əsasında götürülüb. İyirminci illərdə "hindu" sözündən yeni rəmz sinonimi kimi tez-tez istifadə olunurdu.
"Şkoda" 1925-ci ildə məşhur "Laurin & Klement" Çexiya şirkətinin bazasında yaradılıb. Bu loqonun yaranması Emil Skoda adı ilə bağlıdır, hansı ki, 1866-ci ildə Plzen şəhərində yerləşən, Arnost Waldstein aid olan mexaniki emalatxanaların baş mühəndisi olmuşdur. Zaman keçdikcə Şkoda şirkətinin məhsulları dünyada şöhrət qazanırlar.
TARİXİ
Hazırda Şkoda markasını daşıyan avtomobillərin istehsal tarixi, 1895-ci ilin sonundan çex şəhəri olan Mlada-Boleslavdan başlayıb. Mexanik Vatslav Laurin və kitabsatan Vatslav Klement, hər iki velosipedçi, öz konstruksiyaları ilə velosipedlər buraxmağa başladılar və onları vətənpərvərliklə - Slaviya adlandırdılar.
1899-cu ildə Laurin & Klement firması motosiklet istehsalına başladı. Yürüşçülər beynəlxalq yarışlarda ilk qələbələrini qazanmışlar. Əsrlərin qovşağında şirkəti daha bir mühüm addım atdı - avtomobillərin istehsalına başlanıldı.
1905-ci ildə buraxılmış ilk avtomobil Voiturette A-nın artıq kommersiya uğuru var idi, bununla da çex maşınqayırma tarixinin simvollarından biri oldu. Özünün təcrübəsi sayəsində, şirkət inkişaf edən dünya bazarlarında tezliklə stabil vəziyyət tutdu. Laurin & Klement Avstriya-Macarıstan monarxiyasının sənayecə inkişaf etmiş bölgəsi kimi Bohem krallığının mövqeyinin bərqərar olmasına imkan verirdi.
1907-ci ildə təsisçilər L & K-nı səhmdar cəmiyyətə çevirdilər. Tərəqqi yeni modelin yaranmasına gətirib çıxardı - Faeton. 1914-cü ildən sonra şirkət hərbi məhsulların istehsalında iştirak etmişdir.
Öz mövqelərinin möhkəmləndirilməsi və qorunub saxlanması, həmçinin istehsalın modernləşdirilməsi üçün L & K güclü partnyor axtarırdı. Şkoda markası altında avtomobil istehsalı 1925 və 1929-cu illər arasında 2985 ədəd təşkil edib. İkinci dünya müharibəsi illərində avtomobillərin sayı xeyli azalıb.
15 dekabr 1923-cü ildə Çexiyanın Plzen şəhərində Şkoda maşınqayırma firmasının emblemi qeydə alınıb. 1869-cu ildə gənc mühəndis Emil Şkoda, Plzen şəhərində kiçik mexaniki zavod aldı. Zamanla zavod Çexoslovakiyanın ən iri maşınqayırma müəssisələrindən birinə çevrildi. 27 iyun 1925-ci il L & K bölgənin ən iri sənaye müəssisəsi tərkibinə daxil oldu - Škoda Plzeň. Bununla da Laurin & Klement markasının tarixi sona çatdı və yeni şirkət yaradıldı - Škoda. Nəticə - beynəlxalq yarışlarda uğur qazanmış və bir çox gözəl elementlərlə təchiz olunmuş eleqant avtomobillərin konveyer istehsalı oldu. Lakin "Laurin & Klement" adı bu günə qədər salonun daxili bəzək əlaməti kimi "lüks" avtomobil sinfi üzrə qalmışdır.
Böyük depressiya Škodanın inkişafını ləngidirdi, amma onu dayandırmadı. Daha bir uğurlu modeli yarandı - Popular.
1 yanvar 1930-cu ildən etibarən Mlada - Boleslavada olan zavod "Avtomobil sənayesi səhmdar şirkətinə" (ASAP) çevrildi. Şirkətə Mlada - Boleslava avtomobil zavodu, Plzendəki şöbəsi, "Elka" təmir müəssisəsi, filialları, təmir müəssisələri və kommersiya nümayəndəlikləri daxil oldu.
30-cu illərin ortalarında Škodada LT vz.35 yüngül tank layihəsi hazırlandı. 1939-cu ilədək təxminən 300 tank buraxılmışdır (Şkoda zavodları başqa Çexiya şirkətinin layihə üzrə tanklar buraxırdılar, lakin öz markaları olan 37-mm toplarla təchiz edirdilər), hansı ki, Çexoslovakiyanın işğalından sonra hissələrinin tərkibinə daxil oldular, Fransa, Polşa, SSRİ-yə qarşı hərbi əməliyyatlarda iştirak ediblər. Çexiya istehsalı olan son tank Moskva altında 1941-ci ildə alman qoşunlarının darmadağın edilməsi zamanı məhv edilib.
İkinci dünya müharibəsi illərində Almaniya nasistləri tərəfindən idarə olunan Şkoda sexlərində, hərbi texnika, qazogeneratorlu yük və minik avtomobilləri az miqdarda istehsal olunurdu.
1945-ci ildən, müharibədən sonrakı Çexoslovakiyada hakimiyyətə gələn kommunist hökuməti gəldi, konveyerə Şkoda Popular 1101 avtomobili qoyuldu, hansı ki, müharibədən əvvəl yaradılmış avtomobilin müasirləşdirilmişi idi. Bu avtomobil tarixiə Tudor adı altında daxil oldu, Two door sözlərin birləşməsindən yaranıb - "iki qapı". Hətta avtomobilin 4 qapılı banlı modifikasiyası istehsalata buraxılmasına baxmayaraq, onu belə adlandırmağa davam edirdilər.
Əslində isə 1953-cü ildə buraxılmış və xalq arasında Spartak adını almış, müharibədən sonrakı ilk yeni avtomobil Şkoda 420 olub. Avtomobilin 4 silindrli, 40 at gücündə mühərriki var idi, Şassi qurğusu Şkoda üçün ənənəvi olan təkatmalı rama idi. 50-ci illərin sonunda maşına yeni ön asqılar düzəltdilər - köndələn resor əvəzinə yaylar və teleskopik amortizatorlar. Arxa köndələn resorlar qaldı. Modifikasiyasını yeni model hesab etdilər və Octavia adı verildi.
Maşın uğurlu alındı və onu 1971-ci ilə qədər buraxdılar. Şkoda tarixində tamamilə yeni dövr isə 70-ci illərin əvvəlindən başlayır - konstruktorlar 2+2 idman kupesini yaradır - Şkoda 110R, hansı ki, öz növbəsində idman avtomobilinin idman traslarında layiqli rəqib ola biləcək prototip oldu. Bu bana həcmi 1289 kub/sm-ə qədər artırılan seriyalı maşının mühərriki qurulmuşdur. Gələcəkdə onun gücü 140 at gücünə, 8500 dövr/dəq qaldırılmışdır. Avtomobilə Şkoda 130RS indeksi verildi. Şkoda 130RS həm ralli, həm də dairəvi yarışlarda çıxış edib. Ən böyük uğuru 1981-ci ildə dairəvi yarışlarda oldu. Həmin vaxt Şkoda zavod komandaları arasında Avropa çempionu titulunu qazandı, hətta BMW-ni də keçdi.
80-ci illərdə çex avtomühəndisləri Şkoda Favorit avtomobilini yaratdılar, hansı ki, sovet Jiquliləri ilə rəqabət yarada biləcək bütün sosialist birliyin aparıcı maşın roluna iddialı idi. Amma 1989-ci ildə Çexoslovakiyada məxməri inqilab baş verdi və avtomobil zavodunun necə deyərlər, pis illəri başladı. Xaricdən Qərbi Avropa istehsalı olan avtomobillər gəldi, istehsalatda fasilələr başladı. Zavodun problemlərinin həllini üzərinə götürən hökumət, zavodu xarici investora satmaq qərarı verdi. Bu rola 24 firma iddialı idi, onların arasında GM, Renault, BMW var idi. Lakin, ən yaxşı təklif Favorit modelinin istehsalını saxlayan, onun keyfiyyətini qaldıran Volkswagendən gəldi.
Şkodanın populyarlığının sirri bu avtomobilin qiymət və keyfiyyətinin harmonik birləşməsidir. Alman dizaynerlərə Şkoda Favoriti 1994-cü ildə zərif Felicia-ya çevirməklə, bütün nöqsan və qüsurlarını düzəltmək mümkün oldu, hansı ki, həm dizaynı, həm də texniki xarakteristikalarına görə, əvvəllər sosialist düşərgəsinə aid olan bir çox Qərbi Avropa analoqlarını xatırladır.
Şkodanın əsl uğuru prinsipcə yeni avtomobilin - Octavianın buraxılması oldu. Onun ilk nümayişi 1996-cı ilin sentyabr ayında Paris avtosalonunda keçirilib. Şkoda Octavianın xarici görünüşü Volkswagen sülaləsindən öz qərb yoldaşlarına yaxındır. Məhz Octavia üzərində konserninin yeni baza platforma sınaqdan keçiril - Golf IV, nəticədə həm Golf, həm də Octavia öz müştərilərini tapdılar və həmin vaxtadək isə Şkoda Volkswagen konserninə tam məxsus idi.
1998-ci ilin mart ayında Şkoda Felicia, Skoda Felicia Combi və universal Skoda Octavia Combi modelərinin yenilənmiş versiyaları (feysliftinq) təqdim olundu.
Buna sübut 1999-cu ilin sonunda Fabia modelinin yaranması oldu, hansı ki, üslub baxımdan Şkoda firma cizgilərini saxlamaqla tamamilə yeni avtomobili oldu.
2000-ci ilədək "Şkoda" Almaniyada satışının artırılması mümkün olan yeganə şirkət oldu. Fabia limuzin modeli və onun variasiyası olan kompakt Fabia Combi xüsusi populyarlıqla istifadə edilir.
2001-ci ildə Şkoda yenilənmiş Şkoda Superb-i təqdim etdi.
2011-ci ildə konsern Rapid modelinin reinkarnasiyasını təqdim etdi. 2014-cü ilin yazında Rapid liftbekini Şərqi Avropa bazarlarında satmağa başlayıblar.
Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət