Slimfit
  1. CƏMİYYƏT

Köçkünlərin binasında rüşvətlə ev alanlar həbsdən necə qurtara bilər? – Vəkil

Köçkünlərin binasında rüşvətlə ev alanlar həbsdən necə qurtara bilər? – Vəkil
Sakura
:0

Köçkünlərin binasında rüşvətlə ev alanlar həbsdən necə qurtara bilər? – Vəkil

"Məcburi köçkünlər üçün tikilən binada mənzil alan kənar şəxslər də cinayət məsuliyyətinə cəlb edilə bilər”.

Ens.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Səməd Vəkilov dövlət proqramı əsasında məcburi köçkünlər üçün tikilən binada köçkün adı altında müxtəlif yollarla mənzil alanlardan danışarkən deyib. Səməd Vəkilov bildirib ki, həmin şəxslər də cinayətin iştirakçılarıdır:

"Bu, kompleks şəkildə araşdırılarsa, vaxtilə həmin mənzilləri paylayan Qaçqınlar və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinin vəzifəli şəxləri ilə yanaşı, həmin binada mənzil alan şəxslər də cinayətə cəlb edilə bilər. Həmin binalarda mənzil alan şəxslər yaşadığı mənzilləri almaqla orada mənzil almaq hüququ olan şəxlsərin haqqını qəsb ediblər. Onlar da həmin cinayətin iştirakçısıdır və məsuliyyətə cəlb edilməlidirlər”.

Səməd Vəkilovun sözlərinə görə, köçkün adı altında həmin binada mənzil alanlar bir şərtlə cinayət məsuliyyətindən azad edilə bilərlər: 

"Onlar etiraf eləsələr ki, biz bu mənzilləri rüşvət verib almışıq, mənzilləri geri alın və xahiş edirik, verdiyimiz pulu qaytarın, yəni ilk təşəbbüs onlar tərəfdən gəlsə, məsuliyyətdən azad olunarlar”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR