Dərc edildi: Baxış sayı: 266
Koçaryan həbsdə qalacaq – Məhkəmə qərarı
Ermənistanda keçirilən məhkəmə eks-prezident Robert Koçaryanın həbsdə qalması barədə qərar verilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onun zaminə buraxılması üçün eks-baş nazirlər Karen Karapetyan, Vazgen Manukyan və Xosrov Arutunyan müraciət etmişdilər.
Onun koronavirus pandemiyası fonunda azadlığa buraxılması müzakirə mövzusu idi.
Robert Koçaryan 2008-ci il 1 mart hadisələri zamanı “konstitusion hakimiyyəti devirməkdə” ittiham olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət