Slimfit
  1. CƏMİYYƏT

Köç başladı: Sürülər yaylaqdan qışlağa enir

Köç başladı: Sürülər yaylaqdan qışlağa enir
Sakura

Köç başladı: Sürülər yaylaqdan qışlağa enir

Şimal-Qərb bölgəsində qoyun sürülərinin yaylaqdan köçü başlayıb. 

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qoyunçuluq təsərrüfatı ilə məşğul olanlar iqlim şəraitini nəzərə alaraq, bölgənin dağlıq ərazilərindən arana köç edirlər.

Bu adət-ənənə uzun zamandır davam etdirilir. Onlar soyuq-isti demedən həyatlarının çox hissəsini qoyun sürülərinin yanında keçirirlər.

Havalar soyuduqda, yəni payız fəslində dağların hündür zirvələrindən isti yerlərə qayıdırlar.Yazın sonlarında isə yenidən nisbətən sərin əraziləri üstün tuturlar. 

Elə olur ki, yüzlərlə kilometr məsafəni bir həftə ərzində qət edirlər.

Çobanlar köçün heç də asan olmadığını söyləyirlər. Uzun yollardakı təhlükə, eləcə də yaylağa qalxdıqda vəhşi heyvanlardan qoyunları qorumaq bu çətinliklərin bir hissəsidir.

Qeyd edək ki, Şimal-Qərb bölgəsində böyük qoyunçuluq təsərrüfatları çoxluq təşkil edir.

May ayının sonları, iyunun əvvəllərində çobanlar qoyunlarını qışlaqdan yaylağa, sentyabr oktyabr aylarında isə yaylaqdan qışlağa aparırlar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR